Əmək Məcəlləsi dəyişdirildi…

Hadi Rəcəbli: ” Dəyişikliklərlə bağlı 72 ölkənin bu sahədəki təcrübəsi öyrənilib”

Əmək Məcəlləsinə dəyişikliklər edilib.

hadi racabli-hadi

Etikxeber.az xəbər verir ki,  bununla bağlı məsələ Milli Məclisin (MM)  mayın 31-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, bu sənəd hazırlanarkən 72 ölkənin bu sahədəki təcrübəsi öyrənilib və onlardan yararlanılıb. Onun sözlərinə görə, Məcəllənin 45, 73, və 77-ci maddələrinə dəyişiklik təklif olunur. 45-ci maddənin 1-ci hissəsinə təklif edilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “müddətli” sözü “bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilib. 77-ci maddənin 3.1. 1-ci hissəsinə isə “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bu müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”

Sonra Əmək Məcəlləsində təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

“Damazlıq heyvandarlıq”la bağlı məsuliyyət sərtləşdirilir

Read Next

2018- ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb – NAZİR – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir