Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq – İDRİS İSAYEV

Minimum əməkhaqları artırılmalıdır. Həm əhalinin gəlirlərində, həm də ümumdaxili məhsulda əməkhaqqının xüsusi çəkisi çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu, aktual məsələdir”.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq:

“Yeni qurumlar yaradılıb. Cəmiyyətdə də belə fikir vardı ki, nazirlikdə ixtisarlar aparılacaq. İxtisar olmasa da, optimallaşma aparılacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yorğan”ın altında nələr baş verdiyini də bilməliyik – YAQUB MAHMUDOV

Read Next

Yeni doğulan uşaqlarla bağlı – YENİ XƏBƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir