Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan cəlb etdiyi vəsaitin 4 milyon manatını qaytardı

Əmanətlərin Sığortalanması Fondu bu ilin martında Mərkəzi Bankdan 22 milyon manat həcmində cəlb etdiyi vəsaitin 4 milyon manatını qaytarıb.

 Etikxeber.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov oktyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib.

“Borc 1 il müddətinə, illik 5 faizlə cəlb edilib və 2017-ci ilin fevralınadək qaytarılacaq. Həmin borcda 6 ay güzəşt müddəti var. Əmanətlərin Sığortalanması Fonduna hər rüb təxminən 6 milyon manat sığorta haqqı toplanılır. Bunun 4 milyon manatı həmin borcun qaytarılmasına yönəldilir. Fondun bir müddət əvvəl 4 il müddətinə, illik 7 faizlə götürdüyü 100 milyon manat borcun geri qaytarılması prosesinə hələ ki başlanılmayıb. Bu borcda güzəşt müddəti 2 ildir. 2018-ci ildən etibarən həmin borcun qaytarılmasına başlanılacaq” – deyə, A. Cavadov qeyd edib.

 Etikxeber.az

Read Previous

Sabah ölkə ərazisində sabit hava şəraiti müşahidə olunacaq

Read Next

Türkiyənin məşhur caz kvarteti Bakıda konsert verəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir