Əmisi Birinci Qarabağ Savaşının, özü isə İkinci Vətən Müharibəsinin Şəhidi, həm də ailənin tək və nişanlı oğlu olan Kənan Ələkbərlinin-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: ONUN 26 YAŞI TAMAM OLDU…- FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kənan Müşfiq oğlu Ələkbərlinin doğum günüdür.

Kənan Ələkbərlinin bu gün 26 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Kənan Ələkbərli 1996-cı ilin may ayının 15-ində anadan olub.

O, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Hər iki bacısı ailələidir.

Özü isə nişanlı olub.

Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarındandır.

Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.

O, 1994-cü ilin qışında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Cabbar texnikum təhsilli və subay olub.

Kənan Ələkbərli isə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.

O, oktyabr ayının 10-da ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-də nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra medallarla təltif olunub.

Ötən il mayın 15-də, Cənnətdəki ilk doğum günündə yaşadığı küçədə, evlərinin yaxınlığında onun və əmisinin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.

İlkin Kənandan 15 gün sonra Şəhidlik Məqamına yüksəlib və torpağa tapşırılıb.

***

Cənnətdəki ikinci doğum günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Kənan Ələkbərlinin Qızılhacılı (Balakürd) Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qızılhacılı və Goranboyun bəzi kəndlərindən, Naftalandan, Mingəçevirdən, Bərdədən, Gəncədən, Samuxdan, Ağcabədidən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, məktəblilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və başqa şəxslər iştirak edəcələr.

Təxminən iki saata yaxın davam edəcək ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Nur içində yatsın!

Məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, 26 yaşı mübarək olsun!

09:30

***

Kənan Ələkbərlinin Cənnətdəki ikinci ad günü ilə bağlı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

İki saata yaxın davam edən ziyarətdən sonra Şəhidin ailənin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Kənan Ələkbərlinin və əmisi Cabbar Ələkbərovun ruhuna dualar edilib.

Bir daha Şəhidin ailəsinə başsağlığı verilib, bir daha onlara Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Ailəsi, valideynləri də öz növbəsində ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını dilə gətirib, belə bir gündə onları tək buraxmadıqları üçün hər kəsə təşəkkürlərini bildiriblər.

13:30

***

FOTOLAR:

14:30

***

ANALAR YANAR, AĞLAR…

14:45

***

15:10

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

15:10

***

KƏNANIN DOĞUM GÜNÜ TORTUNUN KƏSİLMƏSİ…SÖZÜN BİTDİYİ YER…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün rezidenturaya qəbul imtahanı-KEÇİRİLDİ – YENİLƏNİB

Read Next

14 mindən çox şagird-İMTAHAN VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir