Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
80 il öncə faşizmlə mübarizənin gedişində aydın oldu ki, bəşəri bəla qarşısında SSRİ və ABŞ-ın timsalında barışmaz rəqiblər belə birləşə bilir. Hazırda isə təəssüf ki, tam əksinə, gündə 5 kərə məscidlərdə “Əmrikaya ölüm!” arzulayan İran və zaman-zaman “İranı məhv etməklə hədələyən” ABŞ-ı faşizmdən daha amansız bir bəla, erməni separatizminə rəğbət duyğusu müttəfiqə çevirməkdədir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov ABŞ-ın Ermənistandakı səfirinin son-“Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk qrupunun gündəliyindədir” açıqlamasına və İranın yenə erməni separatçılarına dəstək verməsinə münasibətini bildirərkən dilə gətirib.
“Biri separatçıların olmayan statusunu “diriltmək” hayındadır, digəri bütün dəyərləri ayaqlar altına atıb separatçılar üçün “gizlicə” “naməlum yüklər” daşımaqla məşğuldur”-deyə, millət vəkili sonra bildirib.
Etikxeber.az