“Arzum doğma kəndim Muğanlıda səs verməkdir”- 100 yaşlı köçkün seçici

Ağdam rayonunun ən yaşlı seçicilərindən olan Muğanlı kəndindən məcburi köçkün 100 yaşlı Şəkər Əhmədova ümumxalq səsverməsində iştirak edib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən Şəkər nənə ümumxalq səsverməsində də konstitusion hüququndan istifadə edib. O, yaşının çox olmasına baxmayaraq, məskunlaşdığı Səfərli qəsəbəsindəki 41 saylı seçki məntəqəsinə gələrək səs verib.

1916-cı il təvəllüdlü Şəkər Əhmədova AZƏRTAC-ın müxbirinə bildirib ki, 6 övladı, 15 nəvəsi, 25 nəticəsi var. Ən böyük arzusu isə növbəti seçkilərdə doğma kəndi olan Muğanlıda səs verməkdir.

Read Previous

Məşvərət hüquqlu üzvü kimi bir neçə məntəqədə səsverməni müşahidə etdim-DEPUTAT

Read Next

Prezident: “Avropa Missiyasının bölgələrdə də müşahidələr aparması əhəmiyyətlidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir