Ərdoğan-ƏLİYEVİ TƏBRİK ETDİ

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

“İstəyirəm ki, 18 saylı orta məktəbə övladımın adı verilsin…Tək arzum, tək istəyim budur…”-MİNGƏÇEVİRLİ ŞƏHİD MƏHƏMMƏD MƏMMƏDLİNİN ANASI MEHRİBAN MƏMMƏDOVA DÖVLƏT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Read Next

Daha 559 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir