ƏRDOĞAN: Kürd dövlətinin qurulmasına icazə verməyəcəyik

Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik.

Etikxeber.az məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahya şəhərində çıxışında bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur: “Məzlumun torpağını özünə verəcəyik”.

R.T.Ərdoğan bildirib ki, koalisiya qüvvələri ilə müzakirələr davam edir:

“İstər PYD (kürd yönlü Demokratik Birlik Partiyası) olsun, istərsə də YPG (PYD-nin silahlı qanadı), onlara bizimlə sərhəddə dövlət qurmağa icazə verməyəcəyik. Yeni dünya nizamı prosesində gözlərini ölkəmizə dikənlər qarşılarında 80 milyon vətəndaşımızı görəcəklər”.

Etikxeber.az

Read Previous

Eks deputatın məhkəməsinə şahidlər məcburi gətiriləcək

Read Next

USD/AZN rəsmi məzənnəsi 1,7026 manat səviyyəsində müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir