Ərdoğanla CXP “Səadət”ə səsləndi, DSP “ən çox yer verənə qoşularam” dedi … – SEÇKİ TÜRKİYƏSİNDƏ NƏLƏR YAŞANIR?

Türkiyədə qarşıdan gələn 2019-cu il seçkiləri (prezident, parlament və bələdiyyə seçkiləri-red) yaxınlaşdıqca siyasət meydanında hər gün maraqlı və çeşidlər hadisələr yaşanmaqda, sürpriz gəlişmələr baş verməkdədir.

Seçkilərdə necə iştirak etməklə, seçkilərə təkbaşına, ittifaq və ya blok halında getməklə bağlı bir-birini əvəzləyən və bəzən izlənilməsi siyasi ekspertlər, media mənsubları tərəfindən belə çox zor olan siyasi olaylar, proseslər gerçəkləşməkdədir.

Konkret qeyd etməli olsaq, 2016-cı ilin 15 iyul hadisələrindən-“FETÖ”-çuların dövləti çevrilişi cəhdindən sonra, xüsusilə də, məlum Konstitusiya dəyişiklikləri dövründən qeyri-rəsmi ittifaq-müttəfiqlik münasibətlərində olan hakim AKP ilə həmin hadisələrə qədər hakimiyyətə müxalif mövqedədə dayan ikinci müxalifət partiyası sayılan MHP arasında son aylar bu müttəfiqliyin, ittifaqın rəsmiləşdirilməsi, hər üç seçkiyə birgə gedilməsi istiqmətində önəmli addımlar atılmaqdadır.

turkiyaaaaaaaaaa

MHP BBP-nin “Cümhur ittifaqın”a qatılmasına imkan verəcəkmi?

Belə ki, seçki ittifaqı yönündə AKP genəl başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP lideri Dövlət Baxçalının bağlı qapılar arxasında görüşməsindən sonra bu ittifaqın rəsmiləşdirilməsi ilə bağlı hər iki partiya rəsmilərindən (mllət vəkillərindən) ibarət komissiya yaradılıb və həmin komissiyanın hazırladığı. hər iki partiya liderinin də “onayını” (razılığını) aldığı seçki ittifaqları ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) – hələlik müvafiq komissiya səviyyəsində – müzakirələrə təqdim olunub.

Elə bu yerdəcə qeyd edək ki, seçki ittifaqlarının leqallaşdırılmasını  nəzərdə tutan qanun layihəsi “ana müxalifət” partiyası olan CXP və qısa zaman kəsiyində yaranmasına rəğmən Türkiyədə siyasi populyarlıq qazanan “İYİ PARTİ” tərəfindən kəskin etirazla qarşılanıb.

Bununla yanaşı, AKP və MHP-nin birgə iştirakını nəzərdə tutan ittifaqın adı da artıq məlum olub.  Bugünlərdə, daha doğrusu, partiyasının TBMM-dəki qrup toplantısında Ərdoğan həmin ittifaqın “Cümhur ittifaqı” adlandırılmasını məsləhət bilib və məqsədəuyğun sayıb, onun bu təklifi MHP tərəfindən də müsbət qarşılanıb. Hələlik “Cümhur ittifaqı” rəsmən təsis olunmasa da, ona digər partiyaların da qoşulması yönündə müzakirələr, danışıqlar getməkdə, təkliflər, çağırışlar edilməkdədir.

Türkiyədə sağçı və qatı miliyyətçi partiya sayılan və bir zamanlar MHP tərkibində olan Böyük Birlik Partiyasının (BBP) “Cümhur ittifaqına” isti münasibət bəslədiyi və ona qoşulmaq fikrində olduğu bildirilir. Bunu həmin partiyanın lideri Mustafa Destici də istisna etmir, özü də nəinki istisna etmir, həmin ittifaqa qoşulacaqlarının ilkin siqnallarını da verməkdədir.  Lakin MHP  BBP-nin müəyyən şərtlər daxilində məlum ittifaqa qəbul olunması şərtini irəli sürür.  Yəni, BBP-çilərin parlament seçkilərinə ayrıca partiya namizədləri kimi yox, AKP-nin namizədləri kimi, daha doğrusu, “böyük birlikçilər”in adlarının AKP-nin siyahılarına daxil edilməsi şərti ilə seçkilərə qatılmasını məqbul sayır. Və bu yöndə də müzakirələr davam etməkdədir, dəqiq qərar yoxdur…

Ərdoğandan “Səadət”ə müttəfiqlik-birlik çağırışı: “Bir yerdə olmalıyıq”

sentop

Bununla bərabər, bir zamanlar Ərdoğanla və AKP ilə çox yaxın olan Səadət Partiyasının da “Cümhur ittifaqına” qoşula biləcəyi yönündə fikirlər, təkliflər, ehtimallar səslənir. Xüsusilə də, son günlər bu məsələ gündəmi daha çox məşğul etməkdədir. “Səadətçi”lər və onun lideri Temel Karamollaoğlu  hər nə qədər qədər “seçkilərə qədər kimsə ittifaq, müttəfiqlik məsələləri ilə bağlı qapımızı çalmasın”- desə də,  ancaq bağlı qapılar arxasında bu yöndə danışıqlar, müzakirələr aparılmaqdadır. Təsadüfi deyil ki, AKP-nin tanınmış simalarından olan Mustafa Şentop bu gün, 1 mart tarixində- axşam saatlarında Səadət Partiyasına gəlib və 2 saatdan artıq davam edən müzakirələr reallaşdırılıb. Ancaq bu görüşdə nə qərara gəlindiyi ilə bağlı hələlik heç bir açıqlama yoxdur.

Qeyd edək ki, “Səadət”-in “Cümhur ittifaqına” qoşulması yönündə ilk təklif BBP-dən gəlib. M. Destici bildirib ki,  “əgər “Səadət” də  bu ittifaqda yer alarsa, ən azı  prezident seçkilərində ikinci tura ehtiyac qalmayacaq, ittifaqın namizədi –  bu şəxsin isə Ərdoğan olacağı şəksizdir –  elə birinci turdaca seçkilərin qalibi olacaq”.

Bu gün bu yöndə digər bir təklif  də  Ərdoğandan gəlib. O, Afrika ölkələrinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən, “Səadət”ə çağırış etməyi unutmayıb, onları məlum ittifaqa qoşulmağa səsləyib, “biz bütünləşməliyik, bir yerdə olmalıyıq”- deyə, təmənna edib.

Ancaq görünən odur ki,  “Səadət”çilərin seçkilərlə, ittifaq məsələsi ilə bağlı birmənal mövqeyi, necə deyərlər,  “net” qərarları yoxdur.

Partiyanın seçkilərə təkbaşına, öz namizədi ilə gedə biləcəyi də söylənilir, “Cümhur ittifaqı”nda yera alacağı da, Meral Akşənərin cəbhəsində olacağı da.

Gül nə “hə”, nə də “xeyr” deyir, amma…

T. Karamollaoğlu bir neçə də dəfə çıxışlarında açıq şəkildə AKP-nin iki qurucusundan biri olan və artıq Ərdoğanla yolları ayrılan  eks-prezident Abdullah Gülün namizədliyini irəli sürəcəklərini və ya adıçəkilən şəxsin özünün namizədliyini elan edəcəyi təqdirdə, birmənalı şəkildə onu dəstəkləyəcəklərini açıqlayıb. Amma və lakin…

Siyasi proseslərlə, gələcək siyasi həyatı, xüsusilə, seçkilərdə iştirakı ilə bağlı fikir bildirməyə tələsməyə Gül isə bu məsələdə də susqunluq nümayiş etdirir, nə “hə”, nə “xeyr” cavabı verir…

dursun

CXP-dən “Səadət”ə: “Gülü namizəd irəli sürün”

A. Güllə bağlı bu gün maraqlı və çoxlarında təəccüb doğuracaq daha bir siyasi gəlişmə yaşanıb. CXP-nin tanınmış simalarından olan millət vəkili Dursun Çiçək bu gün verdiyi açıqlamasında “Səadət”ə səslənib və onları sabiq prezidenti namizəd kimi irəli sürməyə çağırıb.

“Biz istəyirik ki, “Səadət” özü öz namizədi ilə seçkilərə qatılsın və bu namizəd sayın Abdullah Gül olsun” -deyib.

Bu yerdə xatırladaq ki, müxalifətin əsas və aparıcı partiyalarından olan CXP ilə “İYİ PARTİ” ilkin mərhələdə müxalif partiyaların özlərinin öz namizədləri ilə seçkilərə qatılması, ikinci tur olacağı təqdirdə də, bütün fikir və əqidə ayrılıqlarını bir kənara qoyub, ikinci tura çıxan namizədi – Ərdoğan istisna olunmaqla – dəstəkləməyi təklif, bu mövqenin tərəfdarı kimi çıxış edirlər.

engin ozkoc

Bir gündə iki  fəqrli-fərqli mövqe sərgiləməyə məcbur olan Engin Özkoç…

Amma bu gün digər CXP-li millət vəkili Engin Özkoç partiyasının mövqeyi ilə tərs düşən bir mövqe sərgiləyib, yəni, müxalifətin seçkilərə ilk başdanca tək-vahid namizədlə getməsi təklifini səsləndirib. Sonra həm partiyasından, həm də “İYİ PARTİ”dən gələn etirazlar üzündən-səbəbindən Özkoç gün ərzində ikinci dəfə açıqlama verməyə məcbur olub və fikrinin yanlış anlaşıldığını söyləyərək, seçkilərə ilk mərhələdə hər partiyanın öz namizədi ilə getməsini məqbul saydığını açıqlayıb…

ismail ok-1

İqtidar “Yox, yox, yox deyir”, müxalifət “Var, var, var deyir”…

Eyni zamanda, “seçki ittifaqları”, “vahid namizəd” məsələsi ilə bağlı dartışmalar-müzakirələr davam edərkən, erkən seçkilər  yönündə də qızğın diskussiylar yaşanır.

“Erkən seçkilər olacaqmı” sualını cavablandıran hakim AKP-nin tanınmış simalarından olan Bəkir Bozdağ  “Biz buna yox, yox, yox deyirik. Erkən seçkilər məsələsi ortada, masada yoxdur. Seçkilər vaxtında keçiriləcək “- deyib.

“İYİ PARTİ”-dən olan milıət vəkili İsmail Ok isə “Biz də erkən seçkilər var, var, var deyirik. Çünki erkən seçkilərə getmənin işartıları ortadadır, görünməkdədir” – deyə, vurğulayıb.

“Cümhurçular” və “12-lər”…

“İYİ PARTİ”-dən söz düşmüşkən, bu partiyanın seçkilərə qatılacağı və öz liderləri, sabiq daxili işlər naziri və eks vitse-spiker xanım Akşənəri namizəd kimi irəli sürəcəyi birmənalıdır. Qeyd edək ki, M. Akşənərin digər müxalif namizədlərlə müqayisədə daha şanslı, həmçinin, seçkilərdə qalibgəlmə ehtimalının yüksək olduğu söylənilir. Bunu Türkiyədə keçirilən son anket sorğuları bir daha göstərir. Bu baxımdan da, müxalifətin sonda Akşənərin namizədliyi üzərində dayanacağı ehtimalları daha yüksəkdir. Xanım Akşənərin bugünlərdə 12 partiya təmsilçisi ilə görüşü bu ehtimalları daha da qüvvətləndirir.

CHP-nin isə “səadətçi”lər kimi seçkilərlə, ələlxüsus, prezident seçkiləri ilə bağlı aydın və konkret mövqeləri hələ ki yoxdur. Partiyanın genəl başqan Kamal Kılıcdaroğlunu namizəd irəli sürəcəyi də söylənilir, Akşənərə və ya digər müxalif namizədə, o cümlədən, Gülə dəstək verə biləcəyi də…

aksakal

sami

DSP genəl başqanından gözlənilməz təklif və partiyada yaşanan şok istefa…

Bir zamanlar Türkiyənin nüfuzlu partiyalarından, koalisyon ortaqlarından olan Demokratik Sol Partiyasında (DSP)  da maraqlı və ziddiyyətli olaylar yaşanmaqdadır. Belə ki, partiyanın genəl başqanı Önder Aksakal bugünlərdə mətbu açıqlamasında hansı ittifaq onlara daha çox millət vəkili yeri vəd edərsə, onlara qoşula biləcəklərini bəyan edib.

O,  “Əgər bizə “Cümhur ittifaqı” 10 millət vəkili yeri vəd edərsə, onlara, ya da, digər seçki bloku daha çox, məsələn 30 yer vəd edərsə, o zaman onlara qoşula bilərik”-deyib. Onun bu mövqeyi isə həm partiyasında, həm siyasi dairələrdə, həm də müxalif düşərgə və mediada böyük təpki ilə qarşılanıb. DSP liderinin bu təklifini, bu mövqeyini əksəriyyət “siyasi əxlaqdan kənar” təklif-mövqe kimi dəyərləndirib.

Ən sərt etiraz isə DSP-dən gəlib. Daha doğrusu, sabiq nazir, DSP genəl başqan yardımçısı, partiyanın ən çəkili şəxslərindən sayılan  Hikmet Sami Türk bu təklifdən, bu mövqedən  sonra partiyada qalmasının və DSP-də siyasi fəaliyyət göstərməsinin mümkünsüzlüyünü ifadə edərək, istefa verdiyini açıqlayıb… Sami Türkdən başqa, digər tanınmış DSP-çilərin də istefa verəcəkləri və Akşənər cəbhəsində yer alacaqları gözlənilir

Digər partiyalara gəlincə…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Müxalifət martın 10-da mitinq keçirmək istəyir…

Read Next

Türk ordusu 8 Şəhid verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir