“Ərdoğanla Putin üçün barışığa getməyin necə çətin olduğunu bilirəm…” – ƏLİYEV

“Türkiyə və Rusiya prezidentləri  baş verənləri qiymətləndirərək çox düzgün və müdrik bir qərar qəbul etdilər. Çünki bu proses daha çox uzana bilərdi. Əgər proses daha çox uzansaydı, onun əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan nəticələri ola bilərdi”.

Etikxeber.az  xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirələrdə deyib.

Onun sözlərinə görə, çünki hərarət çox yüksək idi:

“Mənim Prezident Ərdoğan ilə söhbətim oldu. Mənim Prezident Putinlə söhbətim oldu. Bilirəm ki, Prezident Nazarbayev çox böyük müvəffəqiyyətlə bu vasitəçilik prosesində fəal iştirak edirdi. Əlbəttə, bu məlumat ictimaiyyətə açıqlanmaq üçün nəzərdə tutulmayıb.

Lakin mən şəxsən onlar üçün barışığa getməyin necə çətin olduğunu bilirəm. Bunun baş verməsi faktı onu göstərir ki, bu siyasətçilər öz fəaliyyətində emosiyaları yox, praqmatizmi rəhbər tuturlar. Prezident qismində vəzifəyə keçən kimi siz emosiyalarınızı kənara qoymalısınız. Əgər vəzifəyə emosiyalarla keçsəniz, siz uğur qazanmayacaqsınız, ölkənizdə və regionunuzda bir qarışıqlıq yaradacaqsınız…”

Etikxeber.az

Read Previous

“Azərbaycan üçün ən pis ssenari…” – PREZİDENT

Read Next

“Vəziyyət nəzarət altından çıxsa…” – PREZİDENTDƏN SƏRT AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir