Ərdoğanla Zelenski danışdı-TÜRKİYƏ XİN RUSİYANIN ADDIMLARINI PİSLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Etikxeber.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Türkiyə və Ukrayna liderləri son baş verənləri müzakirə edib.

***

“Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edirik”.

Bu barədə isə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu, Minsk razılaşmaları ilə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, regionun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.

“Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir. Biz Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”-deyə, bəyanatda qeyd edilib.

Etikxeber.az

Read Previous

Şəhid dayısının adını və soyadını daşıyan balaca-FƏXRİ QƏRİBZADƏ…BU GÜN 1 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Xüsusi karantin rejiminin müddəti uzadıldı-MAYIN 1-DƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir