Ərdoğanlar koronavirusa yoluxdu-ƏLİYEVLƏR ŞƏFA DİLƏDİ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib.

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanımın adından təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Yoluxma sayı 8 minə yaxınlaşdı-DAHA 23 ÖLÜM…

Read Next

Koronavirusdan ölənlərin sayı-6 MİLYONA YAXINLAŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir