“Ərzaq mallarının qiymətinin artması ehtimalı əhalini narahat edir” – DEPUTAT

Minimum aylıq əməkhaqqının və müxtəlif kateqoriyalı işçilərin maaşlarının artırılması barədə Prezident tərəfindən imzalanmış sərəncamları sosial sahədə inqilabi dəyişiklik adlandırardım. Gördüyümüz kimi, cari il ərzində minimum əməkhaqqı iki dəfə, özü də xeyli miqdarda artırılıb. Mart ayında minimum əməkhaqqı artırılaraq 180 manata çatdırılıb, sentyabrın 1-dən isə bu məbləğ 250 manata bərabər olacaq, yəni daha 70 manat artırılacaq. Mən bunu ona görə inqilabi dəyişiklik hesab edirəm ki, bunun nəticəsində çoxsaylı insanlar imkansızlar kateqoriyasından çıxacaq, onların həyat səviyyəsi xeyli yüksələcək.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Xalq yazıçısı, millət vəkili Elmira Axundova deyib.

“Digər fakt məndə böyük məmnunluq doğurur ki, Müdafiə Nazirliyinin və güc orqanlarının müxtəlif kateqoriyalı – bizim dövlətçiliyimizi, ölkəmizin sərhədlərini, asayişi qoruyan hərbi qulluqçuların maaşları 40 faiz artırılıb. Bu çox düzgün və ədalətli qərardır, çünki Azərbaycan müharibə vəziyyətində olan ölkədir, biz bədxah “qonşularımız” tərəfindən təcavüzü dəf etməyə hər an hazır olmalıyıq”-deyən millət vəkili bildirib ki, buna görə də hərbi qulluqçulara layiqli əməkhaqqı verilməsi, o cümlədən, qoşunlarımızın, ordumuzun daha da möhkəmlənməsinin, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasının rəhnidir:

“Ona görə ki, insan layiqli əməkhaqqı alanda öz yerini qiymətləndirir, ondan möhkəm yapışır. O, yaxınları üçün narahat deyil, çünki onlara sanballı məvacib göndərə bilir. Təbii ki, bu da bizim rəşadətli hərbçilərimizin əhvalına, onların döyüş və mənəvi ruhuna müsbət təsir göstərir. Pensiyaçıların sosial baxımdan dəstəklənməsi də, minimum pensiyaların 160 manatdan 200 manata çatdırılması da çox böyük əhəmiyyət kəsb edir.

elmira-kitab

İndi başlıca məsələ ondan ibarətdir ki, dövlət və nəzarət strukturları ticarət sferasına nəzarəti gücləndirsinlər ki, əhalinin gəlirlərinin artması əsas ərzaq mallarının qiymətlərinin artmasına gətirib çıxarmasın. Buna qəti yol vermək olmaz. Digər tərəfdən isə bank sistemi dayanıqlığı və stabilliyi qorusun ki, bu artımlar manatın dəyər itirməsinə, inflyasiyaya gətirib çıxarmasın. Bu iki əsas faktor, manatın inflyasiyası və ərzaq mallarının, kommunal xidmətlərin qiymətinin artması ehtimalı əhalini maraqlandırır və narahat edir. Bununla əlaqədar hörmətli Samir Şərifova və Şahin Mustafayevə sualım ondan ibarətdir ki, bu istiqamətdə hansısa preventiv tədbirlər nəzərdə tutulubmu? İnsanlarımızın alıcılıq qabiliyyətinin artması ilə paralel olaraq inflyasiyanın güclənməsi ehtimalına qarşı nə kimi tədbirlər nəzərdə tutulub?

Nəyə görə bunu deyirəm; çünki həm bizdə, həm başqa dövlətlərdə müşahidə edirik ki, əməkhaqqıları artan kimi digər tərəfdən ərzaq məhsullarının, xidmətlərin də qiyməti artır. Hal hazırda bu qiymətlərinin artımına obyektiv səbəb yoxdur, olsa-olsa ancaq subyektiv səbəb ola bilər. Çünki ölkəmizdə fermerlərə dəstək göstərilir, bütün rayonlarda demək olar ki, kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur və nəticədə meyvə, tərəvəz və digər məhsulların istehsalında məhsuldarlıq daha da artır. Ona görə də ərzaq məhsullarının qiymət məsələsi hökumətimizin daim diqqət mərkəzində olmalıdır…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Bəlkə nə qədər uşaq bu gün aramızda olardı…” – PAŞAYEVADAN SƏRT SÖZLƏR – FOTO

Read Next

“Bu, faciədir…” – ASİM MOLLAZADƏN AŞPA-DAN SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir