“Əsas məqsəd əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir…” – HADİ RƏCƏBLİ

Milli Məclisdə (MM) parlamentin Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirdi.
Etikxeber.az xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu tədbiri Azərbaycanda keçirdiyinə görə BMT-yə təşəkkürünü bildirdi.
O, diqqətə çatdırdı ki, tədbirin keçirilməsinin əsas məqsədi əlilliyin əvvəlcədən qarşısının alınması məsələsidir.
Azərbaycanda əlillərin sosial müdafiəsi sahəsində qəbul olunmuş qanunlardan danışan H. Rəcəbli bildirdi ki, bu qanunların bir neçəsi MDB məkanında, bir neçəsi isə dünya miqyasında model qanun kimi qəbul edilib:
HADIIII
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya xəstəliklərinin qarşısının qalınması məqsədilə qanunlar hazırlanmış, nigaha daxil olanlarda bu xəstəliklərin yoxlanılması məsələsi qanuna daxil olunub. O cümlədən, ölkəmizdə endokrin xəstəliklərin qarşısının alınması məqsədilə “Duzun yodlaşdırılması haqqında” qanun hazırlanıb”.
Sonra çıxış edən Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində görülmüş işlər və qarşıda dayanan vəzifələrdən danışdı.
İclasda iştirak edən 13 ölkənin nümayəndələrindən Almaniya, Rusiya, Ukrayna,  Belarus, Qazaxıstan nümayəndələri, BMT-nin nümayəndəsi Robert Venee,  deputat Rauf Əliyev çıxış edərək mövzu barədə fikirlərini bildirdilər, belə dinləmələrin əhəmiyyətini qeyd etdilər.
Dinləmələrə yekun vuran H. Rəcəbli tədbirin keçirilməsinə verilən dəstəyə görə spiker  Oqtay Əsədova təşəkkürünü bildirdi.
Etikxeber.az

Read Previous

Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi – AŞPA-DA QEYD EDİLDİ

Read Next

UEFA Çempionlar Liqası: NÖVBƏTİ OYUNLAR – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir