Əslən Ağdamdan olan, Bərdədə dünyaya gələn, ailənin tək və subay oğlu-ŞƏHİD SÜLEYMAN ETİBAR OĞLU ALLAHVERDİYEV… – FOTOLAR

Bu gün Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Süleyman Etibar oğlu Allahverdiyevin Anım Günüdür.

Süleyman Allahverdiyevin Əbədiyyətə uğurlanmasından 2 il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamın Xıdırlı kəndindən olan Süleyman Allahverdiyev 1996-cı ilin 22 sentyabr tarixində, payızın ilik günündə Bərdə rayonunda dünyaya gəlib.

Ailənin 2 övladından biri, evin tək oğlu olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

2020-ci ilin İyul-Tovuz döyüşlərindən, Milli Qəhrəman Polad Həşimovun Şəhidliyindən sonra könüllü şəkildə Orduya yazılıb və bu barədə də ailəsinə heç nə deməyib.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub, döyüş yolu da Cəbrayıl istiqamətindən başlayıb.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb və oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi xeyli sonra, noyabr ayının 26-da Quzanlı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Quzanlı Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Xındırıstan məscidindəki mərasim zalında Anım mərasimi keçirilib, adına ehsan verilib, ruhuna bir daha dualar oxunub.

Eyni zamanda, Şəhidin anası Nübar Nəsib qızı Allahverdiyevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin məzarını ziyarət və Anım mərasimində ailə üzvləri, yaxınları, Ağdam, Bərdə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Ziyarət və Anım mərasimi 4 saata yaxın çəkib.

Nur içində yatsın!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xalası oğlu ilə eyni gündə və eyni istiqamətdə-Şuşada Şəhid olan-TƏBRİZ CÜMƏZADƏNİN TORPAĞA TAPŞIRILMASININ İKİNCİ İLDİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Şəhid Mikayıl Əlibəylinin anası Almaz Əliyevaya-“VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir