“Ətrafımız od tutub yanır, amma bizdə…” – ELDƏNİZ SƏLİMOV

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması çox mühüm və çox əhəmiyyətli addımdır.

Bu da əslində səbəbsiz deyil, çünki dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasət sosialyönümlüdür və bu siyasətin də mərkəzində heç şübhəsiz Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır.

Etikxeber.az xəbər verir ki, bunu  deputat Eldəniz Səlimov dövlət başçısının minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı sərəncamlarına münasibət bildirərkən deyib.

“Obyektiv səbəblərə görə, bu ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, büdcə yenə də sosialyönümlüdür və büdcə xərclərinin 40.3 faizindən çoxu məhz sosial xərcləri əhatə edir”-deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan bu iki yeni sənəd bir daha məlum siyasətin davamı və inkişafı kimi dəyərləndirilə bilər.

Deputat qeyd edib ki, bütün bunlar cəmiyyətdə çox müsbət qarşılanacaq və təqdirediləcək hadisələrdir.

“Cəmiyyətimizə də, insanlarımıza da bu gün dünyamızda, yaxın ətrafımızda hansı proseslərin baş verdiyi, getdiyi yaxşı məlumdur. Ətrafımız od tutub yanır, 2008-ci idən dünyada başlanan və hələ də sonu görünməyən iqtisadi, siyasi, sosial və hərbi böhran, dövlətlərarası etimad böhranı bir-birinə qarışıb və bu reallıqlar fonunda, Azərbaycan büdcəsinə neftdən gələn gəlirlərin azaldığı şəraitdə Azərbaycan dövləti yenə də sosial siyasəti davam etdirir. Yəni, çətin iqtisadi vəziyyətdə heç bir ölkədə əməkhaqlarının, müavinətlərin, pensiyaların artırılması istiqamətində addımlar atılmır və bu barədə belə demək mümkünsə, heç düşünülmür də…

Bu baxımdan, bir çoxları da belə düşünürdü ki, indiki şəraitdə Azərbaycanda müxtəlif kateqoriyalar üzrə əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması qeyri-mümkündür və heç bir halda belə bir addım atılmayacaq. Amma Prezident İlham Əliyevin son qərarları bir daha təsdiqlədi ki, hətta neftin qiymətinin 4 dəfə aşağı düşməsinə, ölkəyə valyuta daxilolmalarının azalmasına baxmayaraq, dövlətimiz öz sosial yönümlü siyasətinə sadiqdir və bu istiqamətdə addımlar atır.

Qonşu ölkələrlə müqayisə etsək, bu ölkələrin heç birində ağır iqtisadi şəraitdə belə addımlar atılmayıb. Odur ki, belə bir addıma görə, dövlət başçısına öz minnətdarlığımızı və təşəkkürümüzü bildirir, ona Azərbaycan naminə gərgin və yorulmaz fəaliyyətində uğurlar, yeni nailiyyətlər arzulayırıq. Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara və nailiyyətlərə imzasını atacaq. Bunu qəti əminik və inamlıyıq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib” – DEPUTAT

Read Next

“Niyə bu adamlar səs vermədilər?” – Tramp da etirazçılara “etiraz” etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir