“AMEA son zamanlar nə xalqın, nə də cəmiyyətdə seçilən elm adamlarının etimadını doğrulda bildi”-KAMİLƏ ƏLİYEVADAN ETİRAZ

Təəssüflər olsun ki, bu gün elm beşiyimiz olan AMEA da xoşagəlməz hadisələr yaşanmaqdadır.

Müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev bizlərə elə bir siyasi kurs miras qoyub ki, bu yol hər zaman dövlətimizi tərəqqiyə, inkişafa aparacaq.

Bu siyasi kursu layiqincə davam və inkişaf etdirən cənab İlham Əliyev Prezident seçildiyi 19 il ərzində Azərbaycan dövlətini zirvələrə qaldırdı, Azərbaycan xalqının qürurunu, kimliyini özünə qaytardı.

Cənab İlham Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində Azərbaycan bu gün dünyada söz sahibinə çevrilmişdir. Dövlət başçımızın istər siyasi, istərsə iqtisadi siyasəti Azərbaycanı elə bir inkişafa çatdırdı ki, qısa zamanda dövlətimiz bu cür güclü ölkəyə çevrildi. Ali Baş Komandan cənab İlham Əliyevin qurduğu Ordu 30 il işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın qazandığı bu uğuru, tərəqqini daha da inkişaf etdirmək məqsədilə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə dövlət qurumlarında, icra strukturlarında böyük kadr islahatları həyata keçirilməyə başlandı.

Ölkə başçımız tərəfindən müasir düşüncəli, bilikli, bacarıqlı gənclərimizə etimad göstərildi, onlar yüksək vəzifələrə təyinat aldılar. Cənab Prezidentin bu təşəbbüsünü müsbət qarşılayan Azərbaycan Respublikasının Milli Məclisi də Parlamenti buraxaraq 2020 ci ildə növbədənkənar deputat seçkilərinə gedilməsi haqqında qərar qəbul etdi. VI çağırış Milli Məclisə seçilən, istər əvvəllər deputat olan və istərsə də təzə seçilən deputatlar fəaliyyətlərini yeni düşüncədə, dünya siyasətinə yeni yanaşma tərzində qurmağa başladılar.

Bu gün Milli Məclis tərəfindən qəbul edilmiş bütün qanunlar Prezident cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətinə tam uyğundur. Parlament tərəfindən hazırlanan qanun layihələri ölkəmizin inkişafına və gələcəkdə Azərbaycanın güclü dövlətə çevrilməsinə xidmət edir. Son dövrlər rəhbərlik başda olmaqla Azərbaycan Parlamenti Prezident cənab İlham Əliyevin xarici siyasətinə layiqincə xidmət edir. Təəssüflər olsun ki, son zamanlar Milli Məclisin üzvlərinə qarşı haqsız və əsası olmayan böhtan kampaniyası aparılır. Onlar bilməlidilər ki, bu günkü Milli Məclisdə təmsil olunan deputatlar xalq tərəfindən demokratik yolla seçilən, dövlətinə, xalqına sadiq insanlardır.

Regionun ən böyük partiyası olan və ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatları hər zaman Heydər Əliyev yoluna, İlham Əliyev siyasi kursuna şərəf və ləyaqətlə xidmət etməkdən qürur duyurlar. Çünki bu yol Azərbaycanı gözəl gələcəyə aparan, alternativi olmayan yeganə yoldur. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı hansı mövqedə olmasından, hansı sahədə çalışmasından asılı olmayaraq dövlət və xalq üçün çalışmalıdır. Azərbaycanı dünyada tanıtmaq üçün alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın elm xadimlərinin dünyaya səs sala biləcək elmi kəşflər etməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük vəzifə düşür.

Lakin təəssüflər olsun ki, bu gün elm beşiyimiz olan AMEA da xoşagəlməz hadisələr yaşanmaqdadır. Akademiya rəhbərliyinin əsas vəzifəsi bu elm ocağında elmi nailiyyətlərin əldə olunmasına çalışmaqdır.

Azərbaycan xalqı hər zaman öz ziyalısına, aliminə böyük hörmət bəsləmiş və onu özünə müəllim hesab etmişdir. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, AMEA son zamanlar nə xalqın, nə də cəmiyyətdə seçilən elm adamlarının etimadını doğrulda bildi.

Ümidvaram ki, tezliklə AMEA da baş verən bu xoşagəlməz hadisələrə son qoyulacaq və AMEA dünyada sayılıb-eçilən elm ocağına çevriləcək.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Etikxeber.az

Read Previous

AMEA – MƏBƏD OLMA ÖZƏLLİYİNİ QORUMALI VƏ YAŞATMALIDIR-Jalə Əliyeva yazır

Read Next

Daha 2749 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir