Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fransa parlamentində sosial şəbəkələrdə irqçi ritorika, antisemitizm və cinsi ayrı-seçkilik kimi nifrətdolu paylaşımların 24 saat ərzində aradan qaldırılmasını tələb edən qanun layihəsi müzakirə edilib.
Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa parlamentdə səsə qoyulan qanun layihəsinin deputatlardan 6-sı əleyhinə, 31-i leyhinə səs verib.
Deputalardan 4 nəfər isə bitərəflik nümayiş etdirərək heç bir münasibət bildirməyib.
Qanun layihəsinin gələn həftənin çərşənbə axşamı Senatda müzakirə edilərək səsə qoyulacağı gözlənilir.
Onu da qeyd edək ki, sözügedən qanun tətbiq edilərsə, qərarı icra etməyənlər 1.25 milyon avro cəzalanacaq.
Etikxeber.az