“1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir…” – QƏNİRƏ PAŞAYEVADAN ƏHƏMİYYƏTLİ TƏKLİFLƏR

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında 2019-cu il büdcə müzakirələri ilə bağlı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu büdcə layihəsinin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib.

Etikxeber.az-ın xəbərinə göprə, millət vəkili  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib:

GANİRA-MM

“Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik”.

Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti  1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: “Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. 

Millət vəkili fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb: “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var”.

Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub.

Millət vəkili ail təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını hesab etdiyini deyib, çünki bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur. Ona görə də yaxşı olardı ki, təhsil haqqı hissə-hissə ödənilsin.

“Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”,-deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər.

Millət vəkili  deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir.

Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.

Millət vəkili  ön cəbhə rayonlarından olan Tovuzda  bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib: “Elə kəndlərimiz var ki, 5 min, 6 min, 7 min əhalisi və bir məktəbi var, həmin məktəbin vəziyyəti də çox ağırdır, ciddi təmirə ehtiyacı var. Aidiyyəti qurumları Tovuzda acınacıqlı vəziyyətdə olan məktəblərin əsaslı təmirinə və ya yenisinin inşasına dəstək göstərilməsini xahiş edirəm”.

Millət vəkili “2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq, çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir” -deyib.

Q. Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: “Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

YAP siyasi partiyalara ayrılan pulun azlığından narazıdır

Read Next

Deputatdan tələbələrlə bağlı maraqlı təklif…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir