10 bankın əmanətçilərinə 721,8 milyon manat kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Etikxeber.az-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 83 min manat (ümumi kompensasiya öhdəliyinin 96,6%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 291 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 245 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 276 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 988 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,8 mln. manatdan artıq kompensasiya ödənilib.

Etikxeber.az

Read Previous

Rusiya səfirliyinin yerləşdiyi küçəyə Andrey Karlovun adı verildi

Read Next

Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir