10 kənddə 11 Şəhidimizin adına-KÜÇƏLƏR VERİLDİ… – FOTOLAR

Daha 10 kənddə 11 Şəhidimizin adına küçələr verildi.

Etikxeber.az xəbər verir ki, bunu Ağcabədini parlamentə təmsil edən millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Bu əziz bayram günlərində şəhidlərimizin ruhlarını bir daha sevindirdik. Daha 10 kənddə 11 şəhid balamızın adına küçələr verildi, onların qəhrəmanlıqlarından söz açıldı, xatirə lövhələri qarşısına güllər düzüldü, qarşılarında baş əydik”-deyən millət vəkili bildirib ki, bu, hər bir insanın borcudur və bu borcu müqəddəs amala çevrilməlidir.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin xatırlatdığı kimi biz tarixi qələbəyə görə həmişə igid əsgər və zabitlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi unudulmazdır”.

Millət vəkili həmçinin qeyd edib ki, bugünlərdə “Vətənin ölməz oğulları-AĞCABƏDİ ŞƏHİDLƏRİ” adlı kitabı işıq üzü görüb.

“İkinci Qarabağ müharibəsində şəhid olan Ağcabədinin igid oğullarına həsr olunmuş bu kitab əslində bütün şəhidlərimizə olan hörmət və etiramın ifadəsidir. Hər bir şəhid bizim üçün doğma və əzizdir. Onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin!-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycana-YAZ GƏLDİ…

Read Next

Yoluxmada yenidən artım-1187 – DAHA 14 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir