Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mersedes-Benz Sprinter” markalı avtomobil 4 nəfərlik ailə üçün təkər üzərində evə çevrilib.
Etikxeber.az “novate.ru”saytına istinadla xəbər verir ki, maşının sahibi Cek Riçens 2012-ci il buraxılışlı furqon avtomobilində dəyişikliklər edərək, onunla ailəvi gəzintiyə çıxmağı planlaşdırıb.
“Mersedes”in daxili dizaynı yaxta kayutasını xatırladır. Avtomobilin qabaq hissəsində 4 təkər quraşdırılıb ki, onun da ikisi öz oxu ətrafında fırlanır. Cek Riçensin sözlərinə görə, bu, ailənin bir masa arxasında rahat nahar etməsinə şərait yaradır.
Avtomobildə mini mətbəx, uşaqlar və valideynlər üçün “2 mərtəbəli” çarpayı yerləşdirilib.
Təkər üzərində ev Cek Riçensə 10 min dollara başa gəlib.
Etikxeber.az