100 il nə tez keçdi, Ustad?-AYBƏNİZ HAŞIMOVA ŞÖVKƏT ƏLƏKBƏROVA HAQQINDA YAZDI

Ustad!

100 il nə tez keçdi?

Mən də sizlə yaşlandım, hec xəbəriniz oldumu?

Sizinlə ilk tanışlıgımda 12 yaşında yen yetmə bir qız idim…

İllər ötdü, necə ki, arzulayıb öz sinfinizdə məni müəllimliyə də öyrətdiniz, bax, o sinfi artıq 24 ildi davam etdirib, yeni səslərin musiqimizə gəlməsinə, sizin nəfəsinizi, sehrli melizmlərinizi, oxu tərzinizi nəgmələrə köcməsilə, sizin təkrarsız məktəbinizin yaşanması ücün bütün ruhumla, qanımla, sönməz sevgimlə musiqimizə xidmət edir,onun inkişafı naminə əlimdən gələni əsirgəmirəm.

Qarşıda isə 100 illik yubileyiniz gəlir. Oktyabrın 20-də 100 yaşınız tamam olacaq, Ustad! Siz bu dəfə Sənətinizin zirvəsi kimi Göylərdən bizi seyr edib, öz alqışınızı göndərəcəksiniz, buna əminəm.

Cünki Sizi yaşadan təkrarsız ifalarınızın sədaqətli tamaşacısı və sizi hər zaman layingincə dəyərləndirib, öz sevgi ağuşuna alan dövlətimiz var. Hələ yaxşı xatırlayıram: Ulu Öndər Heydər Əliyev ikinci dəfə təkrar Azərbaycanın rəhbəri kimi dəvət olunanda ölkəyə, ilk işlərindən biri o oldu ki, Şövkət xanımın çoxdan gözlədiyimiz ancaq, reallaşmayan barelyefini gerçəkləşdirdi.

Adına Bakının gözəl kücələrindən birini verdi. Şövkət Ələkbərova adına iki musiqi məktəbi, bütün reqionlarda yubileylərinin qeyd edilməsi, musigi müsabiqələri, haqqında kitab yazılmasının sərəncamlarını verdi. Bir sənətkar ücün bundan böyük səadət ola bilərmi?!

Ömrümün sonunadək ustadlarıma, özümə verilən dəyərə, qayğı-diqqətə görə xalqımıza, dövlətimizə minnəttdaram.

Bu il də həmişə olduğu kimi, Ustadımın doğum gününə böyük həvəslə hazırlaşıb, tələbələrimlə Onun 100 illik yubileyinə böyük töhfələr vermək arzusundayam.

Ümüd edirəm ki, Allah, O, böyük günü mənə görməyi nəsib edəcək.

Amin!

Aybəniz HAŞIMOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

Zelenski bu dəfə-BMT-DƏ ÇIXIŞ EDƏCƏK

Read Next

DSX İranla sərhəddə külli miqdarda narkotik-ƏLƏ KEÇİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir