Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ərdoğan, İncə, Akşənər, Karamollaoğlu, Perinçek və Demirtaş prezidentliyə namizəd oldu
Türkiyədə keçiriləcək 24 iyun növbədənkənar prezident (həm də parlament) seçkilərində namizəd kimi rəqabət və mübarizə aparacaq prezidentliyə namizədlərin adları bəlli olub.
Etikxeber.az-ın xəbərinə görə, bunlar AKP-dən Rəcəb Tayyib Ərdoğan, CXP-dən Yalova millət vəkili Muharrem İncə, HDP-dən hazırda həbsdə olan Selahettin Demirtaş, eyni zamanda, “İYİ Parti”dən Meral Akşənər, Səadət Partiyasından Temel Karamollaoğlu və Vətən Partiyasından Doğu Perinçekdir.





Qeyd edək ki, Ərdoğan, İncə və Demirtaşdan fərqli olaraq, Akşənər, Karamollaoğlu və Perinçek 100 min seçici imzası toplayaraq, prezidentliyə namizəd kimi seçkilərdə iştirak hüququ qazanıblar.
Akşənər 254 min, Karamollaoğlu 166 min, Perinçek isə 117 min seçisi imzası toplayıblar.
Akşənər və Karamollaoğludan fərqli olaraq, Perinçek son gündə-mayın 9-da 100 minlik barajı keçərək, prezidentliyə namizəd statusu qazanıb.
Akşənər də öz növbəsində “Mən, 100 min seçici imzası ilə prezidentliyə namizəd olacağam, demişdim. Sözümü də tutdum”-deyə, bildirib.
Bu yerdə onu da qeyd edək ki, türkiyəli seçki mütəxəssisləri bu yarışı daha çox Rizə əsilli siyasilərin seçki yarışı kimi qiymətləndirirlər.
Belə ki, Ərdoğanın valideynləri, İncənin anası, Akşənərin həyat yoldaşı rizəlidir.
Demirtaş elazığlı, Karamollaoğlu samsunlu, Perinçek isə qazianteplidir.
Etikxeber.az





