“Rusiyaya qarşı sanksiyaları artırmaq və gücləndirməyə hazır olmaq lazımdır”-BORİS CONSON

Böyük Britaniya Baş naziri Boris Conson polşalı həmkarı Mateuş Moravetski ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Baş nazirin ofisindən məlumat verilib.

Conson Moravetskiyə bildirib ki, indiki məqam Ukrayna müqaviməti üçün əsasdır, Rusiyaya qarşı sanksiyaları artırmaq və gücləndirməyə hazır olmaq lazımdır.

Conson eyni zamanda, Polşaya humanitar səylərin ön cəbhəsində olduğuna görə təşəkkür edib, liderlər Avropa İttifaqı və Almaniyanın müdafiə və humanitar səylərə dəstəyini alqışlayıblar.

Conson səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberqlə də görüşəcək.

Etikxeber.az

Read Previous

Azərbaycanda növbəti dəfə-ZƏLZƏLƏ OLDU

Read Next

Belarus da Ukraynaya-QOŞUN YERİTDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir