MM-in iclası: PARLAMENTİN KOMİTƏ İCLASLARI ARDICILLIQLA ŞUŞA ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK – YENİLƏNİB – (2)

Bu gün Mili Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

İclas ənənəvi olaraq, saat 11:00-da öz işinə başlayacaq.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

2. Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.  4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

07:00

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Spiker S. Qafarova iclasın gündəliyindəki məsələrin müzakirəsinə keçməzdən öncə MM-in Şuşa şəhərində keçirilən komitə iclasına toxunub.

Qeyd edib ki, bugünlərdə MM-in iki komitəsi Şuşa şəhərində birgə iclasını keçirib.

Bu məsələnin onun təşəbbüsündən irəli gəlidiyini deyən spiker bildirib ki, bundan sonra parlamentin müvafiq komitələrin iclasları bir dəfə, ardıcıllıqla, qarafik üzrə adçəkilən şəhərdə baş tutacaq.

S. Qafarova bunu ölkə Prezidenti tərəfindən elan olunan “Şuşa ili”nə töhfə kimi qiymətləndirib.

“Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsində məqsəd “Şuşa ili”nə töhfə verməkdir. Milli Məclisin komitə sədrlərinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq müəyyən olunub və komitə sədrlərinə təqdim ediləcək”-deyə, o, əlavə edib.

11:07

***

“Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsinə Prezident İlham Əliyev icazə verib”.

Bunu da parlamentin sədri deyib.

Sədr bildirib ki, parlamentdə deputatlar tez-tez Şuşaya getmək istədiklərini bildirirdi:

“Biz də ona görə bu təşəbbüslə çıxış etdik, Prezident İlham Əliyev bizə icazə verdi”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xarici universitetlərdə təhsil alan gənclərin-“ŞƏBƏKƏLƏŞMƏ”Sİ – FOTOLAR

Read Next

“15 nəfərdən 10-u məndən iş istəyirdi…5 nəfər məndən borc istəyirdi…”-FAZİL MUSTAFADAN MƏMURLARA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir