11 aprel 2018-ci il: yeni inkişaf, yeni intibah mərhələsi-ELDAR İBRAHİMOV YAZIR

Bizləri, Azərbaycan cəmiyyətini sonuncu-11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən 4 il ayırır.

Müdrik və qədirbilən Azərbaycan xalqı, Azərbaycan seçicisi 11 aprel seçkilərində növbəti dəfə dövlət başçısı cənab İlham Əliyevə etimad göstərərək, səs verərək, onu daha 7 illik müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdi.

Seçkilərdə iştirak edən seçiçilərin böyük əksəriyyəti, 74, 52 faizi növbəti dəfə Ümummilli Lider Heydər Əliyev siyasətinə, siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə, etimad göstərməklə, seçimlərində yanılmadıqlarını bir daha nümayiş etdirmiş oldular.

Çünki ötən 4 ildə, bütövlükdə son 18 ildə baş verənlər, yaşananlar Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının seçiminin nə qədər doğru və düzgün olduğunu ortaya qoymuş oldu.

Azərbaycan xalqı, Azərbaycan seçicisi 90-cı illərin əvvəllərindən fərqli olaraq, populist, boğazdan yuxarı, aldadıcı, qeyri-real vədlərə deyil, konkret əmələ, Azərbaycanın inkişafına, gələcəyinə səs verməklə, öz addımlarında, öz qərarlarında stabil, sabitqədəm olduğunu bir daha gözlər önünə sərdi.

Bəli, qeyd etdiyimiz kimi, bizləri prezident seçkilərindən 4 il ayırır və ötən bu illər müstəqil Azərbaycanın inkişafının, tərəqqisini yeni mərhələsi hesab oluna bilər.

Daim Azərbaycan vətəndaşının, Azərbaycan xalqının yanında olan ölkə Prezidenti 4 ildə də insanlarımızın maddi-sosial rifah halının, güzəranın daha da yaxşılaşdırılması istiqamətində bütün addımları atdı və atmaqdadır.

Ölkə vətəndaşlarının, xüsusilə, həssas təbəqədən olan insanların əməkhaqları, pensiyaları, müavinətləri dəfələrlə artırıldı. 2015-cı ildə baş vermiş iki dağıdıcı devalvasiyadan sonra yaşanmış və cəmiyyətin böyük kəsimini əhatə etmiş, onların narazılığına səbəb olmuş problemli kreditlər məsələsi 2019-cu ilin əvvəllərində birdəfəlik və kökündən həll edildi. Ölkə Prezidentinin analoqu olmayan tarixi Fərmanı ilə yüz minlərlə Azərbaycan insanı bank asılılığından canlarını qurtarmış oldu.

Eyni zamanda, ölkədə kadr və struktur islahatlarının yeni-inqilabi mərhələsinə start verilmiş oldu. Paralelllik təşkil edən strukturlar ləğv edildi, başqa qurumlara birləşdirildi, yerində olmayan və zamanın, islahatların tələblərinə cavab verməyənlər dövlət idarəçiliyindən uzaqlaşdırıldı, kənarlaşdırıldı. Bununla yanaşı, 2019-cu ilin sonlarında islahatlar ab-havasına uyğun olaraq, 5-ci çağırış Milli Məclis vaxtından əvvəl buraxıldı və 2020-ci ilin fevralında tam demokratik əsaslarla, şəffaf şəkildə növbədənkənar 6-cı çağırış Milli Məclisə seçkilər keçirildi.

6-cı çağırış Milli Məclisin açılış iclasında iştirak edən ölkə Prezidenti öz tarixi nitqində ölkədə siyasi həmrəyliyin əldə edilməsi üçün bütün qüvvələrə dialoq çağırışı etdi. Parlamentin rəhbvərliyindən tutmuş komitə və komissiyalarına qədər hamısı digər partiyaların Milli Məclisdəki nümayəndələrinin təmsilçiliyi ilə formalaşdırıldı. Və 30 ildən sonra ilk dəfə olaraq, parlamentə xanım millət vəkili, Sahibə xanım Qafarova sədr seçildi.

2020-ci ilin əvvəllərindən bütövlükdə dünyanı ağuşuna almış “gizli düşmən”-koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşmədi, bizlərin də qapısını “çağırılmamış qonaq” kimi döydü. Dünyanın aparıcı, nəhəng dövlətlərindən fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan Prezidenti bu bəlaya çox ciddi yanaşdı və onun qarşısının alınması üçün ilk gündən önəmli önləyici addımların atılmasına başladı.

Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, bütün məsələlərdə örnək və nümunə olan Azərbaycan Prezideti və onun ən sadiq, ən yaxın silahdaşı Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım ƏIliyeva bir illik əməkhaqlarını həmin Fonda ianə etdilər. Eyni zamanda, hər ikisi qapalı məkanlarda tibbi maska və əlcəklərdən istifadə etməklə, hər kəsə nümunə və örnək oldular. Bütövlükdə 5 milyona yaxın insanı əhatə edən bir neçə milyardlıq sosial paket icraya yönəldildi. Bununla belə, beynəlxalq təşkilatlara, bir sıra dövlətlərə bu dağıdıcı və qorxulu bəlaya qarşı mübarizə məqsədilə kömək, yadım əli uzadıldı, onlara maliyyə dəstəyi göstərildi, növbəti Azərbaycan nümunənəsi, Azərbaycan modeli ortaya qoyuldu. Dünya bir daha Azərbaycanı gördü, tanıdı və etiraf etdi.

Eyni zamanda, son 4 ilin, bütövlükdə 31 illik müstəqilliyimizin ən mühüm hadisələrindən biri və bəlkə də birincisi yaşandı, 30 illik qanlı Qarabağ münaqişəsinə son qoyulması istiqamətində tarixi qərar verildi, bu məsələdə son nöqtə qoyuldu. 2020-ci ilin sentyabrın 27-də, səhər saatlarında növbəti dəfə Ermənistanın qanlı təxribatlarına və fitnəkarlıqlarına cavab olaraq, Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusuna “Vur!”, “Hücum!” əmri, tapşırığı verildi. Azərbaycan Ordusu bütün cəbhə boyu əks-həmlə, əks-hücum əməliyyatına keçdi, İkinci Qarabağ Savaşına, Qarabağ və ona bitişik ərazilərin işğaldan azad edilməsinə başladı.

Cəmi 44 günə Azərbaycan torpaqları, Qarabağımız murdar yağı tapdağından, erməni işğalından, erməni əsarətindən qurtuldu. Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi onun bütün ərazilərində təmin olundu, ay-ulduzlu, üç rəngli bayrağmız bütün yurd yerlərimizdə şəstlə, qürurla dalğalandırıldı. Düşmən və onun qanlı himayədarları üzərində tarixi və müqəddəs Qələbə və Zəfər edildi. Dağlı-aranlı Qarabağ Vahid Azərbaycan oldu. 10 noyabr bəyanatı ilə işğalçı və təcavüzkar ölkə Azərbaycan qarşısında təslimiyyətini, məğlubiyyətini elan etdi. 10 dekabr tarixi “Zəfər Paradı” ilə də Azərbaycan bir daha dünyaya nələrə qadir olduğunu və ola biləcəyini nümayil etdirdi.

Bəli, bu gün artıq nə Dağlıq Qarabağ deyilən coğrafi anlayılş vasr, nə status-kvo, nə status var, nə cəbbhə, nə təmas xətti var. Hamısı cəhənnəmə göndərildi, gorbagor edildi. Bu gün 86, 6 kvadrat kilometrlik Vahid Azərbaycan var. Bu gün məğlub Azərbaycandan Qalib Azərbaycana çevrilmiş Azərbaycan var!

Və 10 noyabrdan, tarixi Qələbə və Zəfərdən sonra Qarabağın dirçəldilməsi, bərpa edilməsi işlərinə start verildi. Ölkə Prezidentinin işğaldan azad edilmiş yurd yerlərimizə ard-ardına səfərləri başladı. Hər bir səfər də öz tarixiliyi yaddaşlara həkk olundu. Tarixi açılışlar, təməlatmlar baş verdi və verməkdədir. Qarabağın, bütövlükdə Azərbaycanın təhlükəsizliyinin təminatı istiqamətində tarixi “Şuşa-Müttəfiqlik Bəyannaməsi” imzalandı. Şuşa şəhərində bir araya gələn Azərbaycan və Türkiyə Liderləri-cənab İlham Əliyev və hər zaman yanımızda olan cənab Rəcəb Tayyib Ərdoğan qardaşlığımızın, birlik və bərabərliyimizin daha da dərinləşdirilməsi istiqamətində “Şuşa-Müttəfiqlik Bəyannaməsi”nə mübarək imzalarını atmaqla, bir daha dünyaya “İki dövlət-bir millət” olduğumuzu əyan və bəyan etdilər.

Bəli, uğurlarımızı, nailiyyətlərimizi, Qələbə və Zəfərlərimizi saymaqla bitirib-qurtarmaq mümkün deyil. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti ilə bütün müstəvilərdə hər gün, hər an Tarix yazılmaqda, Qələbə və Zəfərlər əldə edilməkdədir.

Bəli, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında daha çox Qələbə və Zəfərlərə imza atacaq, imzamızı imzalar içində daha da bərqərar edəcəyik!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Evoğlunun 4 İkinci Vətən Müharibəsi Şəhidindən biri, 3 medallı, MAXE-MÜRŞÜD ƏHMƏDZADƏ… – FOTOLAR

Read Next

Müstəqlliyimizin, son 31 ilin ən mühüm, ən tarixi mərhələsi-11 APREL PREZİDENT SEÇKİLƏRİ VƏ ONDAN SONRA YAŞANANLAR – JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir