11 aprel Şəhidlərinindən olan evin-ailənin tək oğlu, Gizir-ELŞAD HƏSƏNOVUN YEDDİ MƏRASİMİ KEÇİRİLDİ, MƏZARI ZİYARƏT OLUNDU – FOTOLAR – YENİLƏNİB

Bu gün 11 aprel 2023-cü il Şəhidlərindən olan Ağstafalı (əslən Gədəbəyli) Elşad Qabil oğlu Həsənovun yeddi mərasimi idi.

Yeddi mərasimi Şəhidin ocağında-ailəsinin yaşadığı evdə, Ağstafanın Xətai kəndində keçirildi.

Yeddi mərasimində Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, müxtəlif bölgələrdən-Tovuz, Gədəbəy, Qazax, Ağstafadan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edirdi.

Mərasimdə Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxundu, Şəhidin ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulandı.

Eyni zamanda, Şəhidin adına ehsan verildi.

Bu yerdə qeyd edim ki, Şəhidimizin yeddi mərasiminə qatılanlar arasında əslən Gədəbəyli, özü isə Zabratlı olan İkinci Vətən Müharibəsi Şəhidi Kamran Qasımovun anası Nailə Qasımova və yaxınları da var idi.

Eyni zamanda, xatırladım ki, Şəhid Kamran Qasımovla Şəhid Elşad Həsənov yaxın qohumdurlar.

Kamran Qasımovun anası Nailə Qasımova ilə Elşad Həsənovun 2020-ci ilin oktyabrında rəhmətə getmiş mərhum atası Qabil Həsənov doğma əmi uşaqlarıdır.

Həm də Kamran Qasımovla Elşad Həsənov eyni nəslin altı Şəhidindəndir.

Və Kamran Qasımovun anası və yaxınları ilə birlikdə yeddi mərasiminə mən də qatılmışdım.

Onlarla birlikdə Şəhidimizin yeddi mərasiminə getmişdim.

Və onlarla birlikdə bir daha Şəhidimizin ailəsinə-anası Məlahət xanıma, 6 ayın gəlini olan həyat yoldaşına və tək bacısına Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi, baş əydiyimizi dilə gətirdim…

Eyni zamanda, Şəhid ailələri ilə birlikdə Elşad Həsənov və Ağstafa Şəhidlərinin Ağstafanın Şəhidlər Xiyabanındakı məzarlarını ziyarət etdim.

Və onu da qeyd edim ki, ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olan Elşad 1994-cü ilin aprel ayının 28-də dünyaya gəlib…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda fəaliyyət göstərib, Gizir rütbəsini daşıyıb…

İyul-Tovuz döyüşlərinin və tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…

Kəlbəcər-Murovdağ, Cəbrayıl, Füzuli, Laçın istqamətlərində döyüşüb, vuruşub…

İkinci Vətən Müharibəsindən sonra Ali Baş Komandan tərəfindən medallarla təltif olunub…

6 ay öncə Tovuz rayonunun Böyük Qışlaq kəndindən olan Səbinə adlı xanımla ailə həyatı qurub və ata olmağa hazırlaşırdı…

Ancaq bu ilin apelin 11-də, 29 yaşının tamamına 17 gün qalmış Laçın istiqamətində Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra-12 aprel tarixində Ağstafa rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Məqamı Ucalardan Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

13:08

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qarabağı azad görmək Əlinin ən böyük arzusu idi…”-BİLNƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ RZALININ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, OXUDUĞU MƏKTƏBDƏ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR

Read Next

“Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir…Bu onu göstərir ki, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir…”-DÖVLƏT BAŞÇISI AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏ VERDİ – FOTO – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir