İlham Əliyevin 4-cü dəfə prezident seçilməsindən 1 il keçdi

11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür.

Etikxeber.az xəbər verir ki, düz bir il öncə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə 8 nəfər namizədin prezidentliyə namizədliyi qeydə alınıb və onlar prezidentlik uğrunda yarışıblar.

Qeyd edək ki, seçiklərdə namizədlər kimi, hakim Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev, Azərbaycan Demokrat Partiyasından (ADP) Sərdar Cəlaloğlu, Azərbaycan Sosial-Demokrat Partiyasından (ASDP) Araz Əlizadə, Müasir Müsavat Partiyasından (MMP) Hafiz Hacıyev,  Azərbaycan Xalq Cəbhəsi Partiyasından (yeni) Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Qüdrət Həsənquliyev,  Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) Fərəc Quliyev  və müstəqillərdən millət vəkili Zahid Oruc iştirak ediblər.

sec-ilham

and-ilya

and-3

Seçkilərdə  səsvermə hüququndan istifadə edən Azərbaycan seçicilərinin 86, 3 faizinin, yəni,  3 397 664 ölkə vətəndaşının səsini qazanan YAP-dan prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyev yenidən, bu dəfə 7 il müddətinə ölkə prezidenti seçilib.

zahid bay-2

Seçikilərdə ikinci yeri 3,3 faizlə Zahid Oruc,  üçüncü yeri isə 3,3 faizlə Sərdar Cəlaloğlu tutublar.

Seçkilərdə ən az səs qazan namizəd isə Razi Nurullayev olub. O, cəmi 0, 74 faiz səs qazanıb.

Seçkilərdən bir həftə sonra, aprelin 18-də isə İlham Əliyev Milli Məclisdə (MM)  keçirilən andiçmə mərasimindən sonra növbəti prezidentlik müddətində fəaliyyətinə başlayıb.

Qeyd edək ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci  illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edi.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

ilham-fond-1

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib. 2018-ci ildə növbəti-dördüncü dəfə prezident seçilib və hazırda vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

AŞ-da Gürcüstanın ilk parlamentinin deputatı olmuş azərbaycanlı Pərixanım Sofiyeva xatırlandı…

Read Next

Merkelin 90 yaşlı anası vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir