AYTAC ƏLİYEVA: “Əminəm ki, Azərbaycan gəncliyi də bu seçkilərdə yekdilliklə partiyamızın vahid namizədinə səs verəcək. Çünki gənclik öz parlaq gələcəyini, məhz ölkə başçısı ilə birlikdə görür…”
“Məlum olduğu kimi, 2018-ci il ölkəmizdə siyasi yükü baxımından ən mühüm il kimi yaddaşlarda qalacaq. Artıq ilin ilk siyasi kampaniyası ərəfəsindəyik və aprel ayında keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı özünün alternativsiz liderinə səs verəcək”.
Bunu Etikxeber.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva deyib.
Onun sözlərinə görə, belə ki, ölkədəki ictimai-siyasi sabitlik, əhalinin rifah halının yüksəlməsi, illərdən gələn problemlərin həlli, işsizliyin və yoxsulluğun azalması, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, Qarabağ cəbhəsinə hakimlik – bütün bunlar YAP-ın keçiriləcək seçkilərdə qalibiyyətini şərtləndirir.
“Cənab Prezidentin hər zaman xalqın yanında olması və ona arxalanması, əslində, Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi, siyasi varisliyin təcəssümüdür. Əminəm ki, Azərbaycan gəncliyi də bu seçkilərdə yekdilliklə partiyamızın vahid namizədinə səs verəcək. Çünki gənclik öz parlaq gələcəyini, məhz ölkə başçısı ilə birlikdə görür. Beləliklə, 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyası, özünün növbəti zəfər təntənəsini yaşayacaq və ölkə tarixində yeni dövrün uğurlu başlanış mərhələsi olacaq” – deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az