11 bankın əmanətçilərinə 727,5 mln. manat kompensasiya ödənildi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Etikxeber.az-a verilən məlumata görə, aprelin 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 mln. 624 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 683 min manatdan artıq kompensasiya verilib.

Aprelin 19-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 282 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 256 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 436 mln. 667 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.

19 aprel tarixində “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə 318 min 725  manatdan artıq kompensasiya ödənilib. Belə ki, 1 gün ərzində ümumi kompensasiya öhdəliyinin 17,6 %-i əmanətçilərə ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 727 milyon 495 min manatdan artıq kompensasiya ödənilib.

Etikxeber.az

Read Previous

“Bəzən qanunların müzakirəsi zamanı adekvat olmayan hərəkətlərə yol verilir…” – VİTSE-SPİKER – FOTOLAR- YENİLƏNİB –

Read Next

“Məqsəd övladın qız və ya oğlan olması deyil, yaxşı övlad yetişdirmək olmalıdır” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir