Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.
Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir.
Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.
Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.
Etikxeber.az