111 gündən sonra nəşi tapılan, 3 medallı-GƏNCƏ VƏ TOVUZUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MURAD VALEH OĞLU İBRAHİMOV… – FOTOLAR

Murad Valeh oğlu İbrahimov…

Gəncə və Tovuzun İkinci Vətən Müharibəsi iştirakçısı və Şəhidi…

Daha bir Nur üzlü, Vətən sevdalısı Şəhidimiz…

Murad əslən Tovuzun Düz Qırıqlı kəndindən olsa da, 1993-cü ilin sentyabrın 6-da Gəncə şəhərində sadə bir ailədə anadan olub…

Cəmi bir neçə gün öncə Cənnətdəki ilk ad günü, 28 yaşı tamam olub…

Ailədə 4 uşaq, 4 qardaş olublar…

Murad 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib və 9-ci sinfi bitirdikdən sonra, 2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində təhsilini davam etdirib.

2011-ci ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, əsgərliyini başa vurduqdan bir müddət sonra, 2014-cü ildən isə taleyini yenidən Ordu, hərb ilə bağlayıb, İkinci Vətən Müharibəsinə, Şəhidliyinə qədər MAXE kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən də döyüşlərdə olub…

Döyüşüb, vuruşub və oktyabrın ayın 2-də də Murov dağı-Kəlbəcər istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşini uzun müddət götürmək mümkün olmayıb…

Nəşini yalnız 111 gün sonra, bu ilin, 2021-ci ilin yanvar ayının 23-də əldə etmək mümkün olub və elə həmin Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra 3 medalla-“Vətən uğurunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Şəhidin digər-hərbçi, Baş leytenant rütbəli qardaşı Polad da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…

Murad həm də ailəi, bir övlad atası olub…

***

Şəhidimizin atası Valeh İbrahimovla da bugünlərdə, Gəncə Şəhidlərindən olan Rəşad Ələkbərovun Cənnətdəki ilk doğum günündə tanış oldum…

Daha doğrusu, bizi illərdir Tovuz rayonunu parlamentdə layiqincə və ləyaqətlə təmsil edən millət vəkili, professor Qanirə xanım Paşayevanın köməkçisi İlqar bəy, İlqar Kərimov tanınış etdi…

Şəhidimizin atası da çox sadə, çox sakit bir insandır…

Həm də Məğrur, Qürurlu və Dik duruşlu…

Şəhidimizin atasına başsağlığı verdim, Allahdan ona və ailəsinə səbr dilədim, “Cəmi Şəhidlərimizin, içində də Murad balamızın məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Allah bir daha Şəhidimizin məzarını behiştlik, ruhu şad etsin!

Böyük Yaradan bir Şəhidimizin ailəsinə, əzizlərinə səbr və dözüm versin!

Xatirəsi daim qəlblərdə, qəlbimizdə yaşayacaq!

15:20

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Bakı-Gəncə-Bakı

Etikxeber.az

Read Previous

Subay, ali təhsilli, nəşi uzun müddət tapılmayan və noyabrın 27-də torpağa tapşırılan, 25 yaşında Şəhid olan-İLKİN AĞAKİŞİYEV – BU GÜN ONUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Biz Qarabağa qayıtmışıq, Qarabağdayıq və əbədi olaraq da Qarabağda qalacağıq!”-ELDAR İBRAHİMOV TARİXİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN BAŞLAMASININ BİR İLLİYİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir