Bərdəli Şəhid anası Mehparə Qəribovanın təşəbbüsü ilə Ağsunun Elabad kəndində-3 ŞƏHİDİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Ağsu rayonunun Elabad kəndində Birinci Qarabağ Savaşnın-1994-cü ilin Şəhidi Qahir Şikarov və İkinci Vətən Müharibəsinin Şəhidləri-Bərdəli (Bakılı) Fəxri Qəribzadə və Ağsulu Roman Pənahovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Etikxeber.az xəbər verir ki, “Şəhid bulağı”nın açılşında Ağsudan, Bərdədən, Tərtərdən və Bakıdan, Goranboydan olan Şəhid anaları, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Eyni zamanda, qısa çıxışlar edilib.

Şəhid Qahir Şikarovun atası Nadirşah kişi və “Şəhid bulağı”nın təşəbbüskarı-Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım mərasim iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Onlar “Şəhid bulağı”nın başa gəlməsində əməyi olanlara minnətdarlıqlarını ifadə ediblər.

Sonra “Şəhid bulağı”nın üzərindən örpək götürülüb, bulağın açılışı edilib.

Bununla yanaşı, Şəhid Qahir Şikarovun plakatının açılışı olub.

Açılış mərasimindən sonra Ağsudakı “Səadət” şadlıq sarayında mərasim düzənlənib.

Mərasimdə bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxşılar edilib.

Çıxışlarda Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Mərasim iki saatdan artıq davam edib.

12:37

***

FOTOLAR:

12:44

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

XİN Ermənistan Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərinə-MÜNASİBƏT BİLDİRDİ

Read Next

“Ürək ağrısı ilə bildirmək istəyirəm ki…”-ŞƏHİD BACISI İCRA BAŞÇISINA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir