Şəhid qardaşlar-Tacir və Nazir Allahverdiyevlərin anası-PARLAMEMTİN KOMİTƏ SƏDRİNƏ MÜRACİƏT ETDİ…

Ağdam rayonunun Çullu kəndində yaşayan Şəhid qardaşlar-Tacir və Nazir Allahverdiyevlərin anası Mailə Allahverdiyeva Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayevaya müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mailə Allahverdiyeva İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əkiz Şəhid qardaşlar-Tacir və Nazir Allahverdiyevlərin anasıyam. Hər iki övladım İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi iştirak ediblər və hər ikisi də eyni gündə-Füzuli istiqamətində Vətən yolunda həlak olub, Şəhidlik məqamına ucalıblar. Hər iki övladım da subay idilər. İki oğul, iki övlad itkisi mənim üçün nə qədər ağrılı, acılı və əzablı olsa da, övladlarımla Fəxr edir, Qürur duuyram. Fəxr edir və Qürur duyuram ki, belə İgid, Qəhrəman oğulların anasıyam.

Şəhidlər anası kimi istəyirəm ki, övladlarımın adı, xatirəsi əbədiləşdirilsin, onların adı məktəbə verilsin. Tək istəyim və arzum budur. Ona görə bir Şəhid anası olaraq, Sizdən xahiş edirəm ki, bu məsələnin həllində dəstəyinizi, səyinizi əsirgəməyəsiniz. Bu məsələni, bu xahimi aidiyyatı orqanlara və şəxslərə çatdırasınız, Milli Məclisin tribunasından səsləndirəsiniz və müsbət həllinə nail olasınız. İnanıram və əminəm ki, belə də olacaq, dəstəyinizi əsirgəməyəcək və məsələnin müsbət həllinə töhfənizi verəcəksiniz. Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm”.

Etikxeber.az

Read Previous

“Ümidvarıq ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirəcək”-SAHİBƏ QAFAROVA – FOTO

Read Next

“Son zəng”dir-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir