Ailənin iki övladından biri, 3 medallı Səbuhi İsgəndərli ilə bağlı Zabitlər Evində anım tədbiri keçirildi-İYUNUN 25-DƏ İSƏ ŞƏHİDİN 21 YAŞI TAMAM OLACAQ… – FOTOLAR – YENİLƏNİB

Bu gün Həzi Aslanov adına Bakı Zabitlər Evində Şəkinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Yaşar oğlu İsgəndərli bağlı anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, təbirdə Şəhidin ailə üzvləri, Şəkidən, Qubadan, Xaçmazdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Zabitlər Evinin rəhbərliyi və əməkdaşları, QHT təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra tədbirdə çıxışlar edilib, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub, onunla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Şəhidin anası Gülnarə xanım bunları deyib:

“Oğlum, elə bilirdim ki, Səndən sonra yaşamayacağam, öləcəyəm…Ölmədim, amma ruhum, arzularım, xəyallarım öldü…Yaşayacağam-Sənin xatirəni yaşatmaq üçün!”

Şəhid Miqdad Abduəlimovun anası, “Vətən naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova isə “Bundan sonra biz Şəhid analarının yalnız bir vəzifəsi var: Övladlarımıza, balalarımıza layiq yaşayaq. Vəssalam, qurtardı. Bizi başqa heç nə düşündürməməlidir”-deyə, bildirib.

Tünzalə Abduləlimova çıxışından sonra Şəhid Səbuhi İsgəndərlinin anasına İctimai Birliyin təsis etdiyi “Şəhid anası” medalyonu və vəsiqəsini təqdim edib.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

Bədii hissədə Şəhidə, Vətənə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, ifa edilib.

Qeyd edək ki, iki gün sonra həm də Şəhidin mövludu, Cənnətdəki ikinci ad günüdür.

İyunun 25-də Onun 21 yaşı tamam olur.

Səbuhi ailənin iki övladından biri, tək və subay oğlu olub.

O, İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib və oktyabr ayının 22-də Zəngilanda (Ağbənd-Vejnəli istiqamətində) Şəhidlik məqamına ucalıb.

Nəşi bir həftə sonra, oktyabrın 29-da Şəki şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

O, 3 medalla təltif olunub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!

14:04

***

FOTOLAR:

***

ŞƏKİDƏN OLAN 4 MEDALLI QAZİMİZ, İKİNCİ QRUP MÜHARİBƏ ƏLİLİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, 27 YAŞLI VƏ AİLƏLİ ELNUR İLQAR OĞLU RƏSULOV…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Read Previous

Küləkli hava sabah səhərədək-DAVAM EDƏCƏK

Read Next

Daha 26 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir