Qazilərlə daha bir Şəhid ailəsini-EVİN TƏK VƏ SUBAY OĞLU ELŞƏN KƏRİMOVUN VALİDEYNLƏRİNİ ZİYARƏT… – FOTOLAR

Bu gün, cəmi dəqiqələr öncə daha bir Nur üzlü Şəhidimizin ailəsini ziyarətimizi başa vurduq…

Qazilərimizlə, Vətən sevdalılarımızla Goranboyun Qızılhacılı qəsəbəsinin (doğma kəndimizin, qəsəbəmizin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Rövşən oğlu Kərimovun valideynlərinə baş çəkdik…

Qazilərimizdən Zakir Vəliyev, Fuad Həsənov və Nail Mirzəyev ziyatətdə iştirak edirdilər…

Ziyarət zamanı bir daha Şəhidimizin valideynlərinə-anası Arzu xanıma və atası Rövşən kişiyə başsağlığı verdik, bir daha onlara Allahdan səbr və dözüm arzuladıq…

Eyni zamanda, bir daha Elşən Kərimov da daxil olmaqla, cəmi Şəhidlərimizin məkanları cənnətlik, məqamları Uca olsun dedik, onların müqəddəs ruhları və valideynləri qarşısında baş əydiyimizi bildirdik…

Həm Şəhidlərimizə, həm də onların valideynlərinə bir ömür boyu borclu olduğumuzu, heç zaman borcumuzu ödəyə bilməyəcəyimizi söylədik…

Ziyarətimiz təxminən iki saat yarım çəkdi…

Ziyarət zamanı bir daha Şəhidimizin keçdiyi çox qısa, lakin şərəfli həyat və döyüş yoluna ekskurs etdik, söhbətləşdik, dərdləşdik…

Duyğulu, kövrək, təsirli anlar yaşadıq…

Və bir daha Şəhidimizin Dərdli, Kədərli, həm də Qürurlu valideynlərinə Böyük Yaradandan səbr və dözüm diləyib, onlarla sağollaşıb ayrıldıq.

Qeyd edək ki, Elşən Kərimov ailənin tək oğlan övladı, 7 bacının tək qardaşı olub…

İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib və 2020-cilin oktyabrında Füzulinin Qaraxanbəyli kəndi istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub…

Nəşi Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…

Şəhidliyindən sonra 3 medalla təltif olunub…

Yaşadığı küçəyə Elşən Kərimovun adı verilib…

Elşən Kərimov həm də subay olub…

İki gün öncə, iyunun 26-da, Milli Ordu Günündə isə Şəhidin Cənnətdəki ikinci doğum günü, mövludu, 21 yaşı tamam olub…

Cənnətdək ikinci doğum günü, 21 yaşı bir daha mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 12 yeni-YOLUXMA…

Read Next

“Şəhərlərimizi vuran Rusiya raketlərinin ümumi sayı artıq 2811-dir”-ZELENSKİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir