Qusarlı Şəhid və Qazi ailəsi-Cəfərovlar ailəsi: ŞƏHİD RUSLAN CƏFƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ, 22 YAŞININ TAMAMINDA İKİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI QARDAŞI NURLAN CƏFƏROVUN TOYU OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Qusar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Mövlan oğlu Cəfərovun doğum günüdür.

Ruslan Cəfərovun bu gün 22 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Ruslan Cəfərov 2000-ci ilin 2 avqust tarixində Qusar rayonunda sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

MAXE kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Və döyüşlərin 24-cü günündə, okltyabrın 21-də Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Lakin nəşi 4 gün sonra, 25 oktyabr tarixində Qusar qəbiristanlığında dəfn olunub, Ədəbiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 5 medalla təltif edilib.

O, həm də subay olub.

16:00

***

Cənnətdəki ikinci doğum günündə, 22 yaşının tamamında isə Şəhidin yeganə-tək qardaşının Qusardakı şadlıq saraylarından birində toy mərasimi olub.

Qeyd edək ki, Şəhidin tək və böyük qardaşı Nurlan Cəfərov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Şəhid qardaşının toyunda yüzlərlə insan-Şəhidin ailə üzvləri, valideynləri-anası Əzizə xanım, atası Mövlan kişi, yaxınları, Qusarlı Şəhid ailələri, Şəhidin və Nurlanın iş, döyüş yoldaşları, Qazilər, hərbçilər, Qusar rayon İcra Hakimiyyətinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Toy mərasiminə “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə Əsədova və onun dəvəti ilə tanınmış, sevilən müğənni Bahar Lətifqızı qatılıb.

Həmçinin, tanınmış müğənnilərdən Mənzurə Musayeva və hazırda ABŞ-da yaşayan, Azərbaycan musiqisinin təbliğatçısı, müğənni Veronika xanım Şəhid qardaşının toy mərasiminə qatılıblar.

Tanınmış ifaçılar məclisə rəng qatıb, gözəl ifaları ilə toy iştirakçılarını əyləndiriblər.

Hər üç ifaçıya, eləcə də Cəfərovlar ailəsinə, Şəhid analarına, toy mərasimi keçirilən şadlıq sarayının rəhbərliyinə “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin fəxri diplomları təqdim olunub.

Məclisdə sevincli, həm də duyğulu anlar yaşanıb.

Kədər və sevinc göz yaşları bir-birini əvəzləyib.

Məclisə gələnlər, Şəhid ailələri Cəfərovlar ailəsinə göz aydınlığı verib, Şəhid qardaşına xoşbəxtlik, bəxtəvərlik arzulayıblar.

Məclis 5 saatdan çox davam edib.

21:20

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxma sayı 500-ü keçdi-DAHA 4 ÖLÜM…

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən, ailənin 3 övladından biri, 2 medallı-ŞƏHİD ELVİN QURBANOV – ŞƏHİDİN AİLƏSİNİN YAŞADIĞI KÜÇƏYƏ ASFALT DÖŞƏNƏCƏKMİ, ŞƏHİDİN EVİNƏ TELEFON VƏ İNTERNET XƏTTİ ÇƏKİLƏCƏKMİ? – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir