Hədəflərimiz…-RAQİF ALLAHVERDİ YAZDI

Azərbaycanımızın hədəfləri sevindiricidir, çünki, o, keçmişə dayanır, bu günə işıq saçır, gələcəyə yol açır.

Dəyərlər yaşadığımız cəmiyyətdə yazılan və yazılmayan qanunlar əsasında həyatımızda yer alır.

İnsanlarlararası münasibətlərdə bu nəzəri və praktik davranış mexanizmlərində özünü əks etdirir.

Bəşər eyni zamanda vətəndaşlıq hissini yaşadığı dövlətin iqtisadi, siyasi, sosial ,mədəni və digər sahələrdəki gücündə, həmçinin onun həyat rifahının yaxşılaşdırılmasında və qorunmasında təcrübi olaraq görür. Əlbəttə ,bu amil həm də əxlaq məsələsidir. Əməlimiz ətraf aləmi mütləq düşünməyə sövq etməlidir. Düşünmək-dərk etmək üçün əsas şərtdir. Əgər biz bunu öz üzərimizdə tətbiq etməsəq, yaxınlarımızı, çevrəmizi də düşündürə bilmərik.

Birmənalı qəbul etməliyik ki, düşünmək vaxt itkisi deyil, düzgün qərarların, yaradıcı fikirlərin mənəvi qidasıdır. Doğrudur, həyat qısadır desək də, ömür insana uzun gəlir. Bu paradoksal fikir isə yaşam tərzimizin əsas hissəsidir. Ümumiyyətlə, həyatın açarı onun qısalığında və uzunluğunda deyil. Açar bizim hansı düşüncələrlə bu məsafəni qət etməyimizdə və ən vacibi isə məqsədimizdədir.

Bilirik ki, bir insanın məqsədi onun həm də kimliyini ehtiva edir. Kimlik isə varlıqdır. O varlıq ki, bizim yaşadığımız cəmiyyətə işıq saçmalıdır. Və hətta müzakirəsiz qəbul olunmalıdır ki, hər bir şəxsdə ruhunun qidası olan dərin işıq izi var. Təəssüflə qeyd etməliyəm ki , bu işığı özündə inkar edən , görmək istəməyənlər də az deyil.

Sözsüz insan öncə bu məhfumu özündə hiss etməlidir. Bunun üçün isə inanmaq gərək. Düşüncəsinə, məqsədinə, kimliyinə, hissinə və ən əsasda dövlətinə inanmaq gərək. Dövlət vətəndaşının, vətəndaş da dövlətinin ayrılmaz bir hissəsidir. Dövlətçilik ənənələrinin təbliği zəruridir və bu fəaliyyət mənəvi dəyərlərin fonunda müqəddəsdir. Dövlətçilik fəlsəfəsi toplumun özəyidir.

Azərbaycanımızın hədəfləri sevindiricidir, çünki, o, keçmişə dayanır, bu günə işıq saçır, gələcəyə yol açır.

Bu yol insanlığın yoludur.

Bu yol Türk Dünyasına açılan qardaşlığın yoludur.

Bu yol cahanda sülhün, ədalətin yoludur.

Və ədalət əlbət bütün qaranlıqlara rəğmən qəlb işiğı kimi hər zaman parlayacaq.

Və sənə hədəflərinin böyüklüyü qədər vətəninin zəfərini bütün cahanda daim xatırladacaqdır.

Raqif ALLAHVERDİ

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin Şəhidi- SAMUXLU ORXAN RAMİZ OĞLU ƏRƏBOV: 29 YAŞININ TAMAMINDA, CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ ŞƏHİD ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU, MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 653 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir