Bugünlərdə yolum Kürdəmir rayonundan düşmüşdü…Daha doğrusu, Sıqırlı və Qarasu kəndlərindən…Hər iki kənd də Kürdəmirin ən böyük və ən çox Şəhid vermiş kəndlərindəndir…İstər Birinci Qarabağ Savaşında, istərsə də İkinci Vətən Müharibəsində…Hər iki kənd eyni zamanda, Bakı-Qazax magistralının, İrək yolunun yaxınlındadaır…Xüsusilə, Sığırlı kəndi düz İpək yolunun üzərində yerləşir, kəndi iki hissəyə ayırır…Və təsəvvür etməzdim ki, hər iki kənd, ələxüsus, Sığırlı kəndi belə bir bərbab vəziyyətdə ola…Sanki 21-ci ərsi deyil, 18-19-cu əsri xatırladırdı 10 mindən çox əhalisi olan Sığırlı kəndi…Yollar, izlər, küçələr daşlı-kəsəkli, çala-çuxur, toz-tozanaq…Tozdan yerimək belə mümkün olmurdu, nəfəs tutulurdu…Küçələr, yollar həm də ki, dar, ensiz, ot-çayır basmış vəziyyətdə…Evlərin hələ də çoxunda telefon, internet yoxdur… Hansı ki, bir neçə il öncə ölkəmizdə “İKT ili” elan olunmuşdu…”İKT ili” elan ölkənin kəndlərindən birində isə hələ də telefon, internet üzünə həsrət vəziyyətdədirlər insanlar…Bəli, qeyd etdiyim kimi, Sığırlı da, Qarasu da hər iki Vətən Müharibədində xeyli Şəhid verib və ən azı Şəhidlərə görə hansısa addımlar atılmalıydı…Ən azı Şəhid ailələrinin yaşadığı küçələr, yollar təmir edilməli, asfaltanmalıydı…Ən azı Şəhid ailələrinə telefon, internet xətti çəkilməliyd…Ancaq təəssüf ki, “Şəhidlər, Şəhid ailələri baş tacımızdırdır”-deyən yerli məmurlar quru pafosdan, bəlağətdən, vətənşüvənlikdən uzağa gedə, sözdən əmələ keçə bilmirlər…Daha doğrusu, keçmək istəmirlər…İstəsəydilər, o zaman Şəhidlərimizin artıq ikinci ildönümə az qaldığı bir dövrdə nəsə edərdilər, Şəhid ailələrinin yaralı qəlbinə az da olsa, su səpmək üçün hansısa addım atardılar…Amma və lakin…Gördüklərim, müşahidə etdiklərim tam əksini söylədi və söyləyir…Şəhid ailələrinin kənd küçələrinin abadlaşdırılması, Şəhidlərin yaşadığı küçələrə onların adlarının verilməsi, telefon və internet xətlərinin çəkilməsi barədə xahişlərinə, müraciətlərinə laqeyd və biganəliklə yanaşılır, hər şey görməzdən gəlinir, qulaqardına vurulur…Qarasu kəndinə gedən yol normal, asfalt olsa, kəndarası yolları bərbadın bərbadı gündədir…Yayda toz-tozanaqdan, payızda, qışda isə palçıqdan hərəkət etmək mümkün olmur…Xüsusilə də, kəndin qəbiristanlığına gedən yol faciəvi vəziyyətdədir, həm kilometrlərlə yol qət etməli olursan, həm də toz-tozanaqdan nəfəs kəsilir…Kəndin bir neçə Şəhidi də məhz bu qəbiristanlıqda dəfn olunub…Amma hansı ki, onları kəndin mərkəzi yerlərində birində, ayrıca dəfn etmək, Şəhidlər Xiyabanı salmaq olardı…Valideynləri, ziyarətlərinə gələnlər də onları daha rahat və tez-tez ziyarət edə bilərdi…Heç olmasa, ən azı Şəhidlərin ruhları xatirinə kənd qəbiristanlığına, Şəhidlər məzarlığına gedən yol normal vəziyyətə salına, asfaltlaşdırıla bilərdi…Şəhid ailələrinin də bundan başqa elə bir arzusu yoxdur…Və yenə də amma və lakin…Ötən iki ilə yaxın bir vəziyyətdə heç bir addım, hərəkət, tərpəniş yoxdur…Soruşunda da eyni cavab verilir, “bunlar rayonun büdcəsi xaricindədir, büdcə imkan vermir”…Bəs fəxrlə dedikləri “daxili imkanlar hesabına” harada qaldı?… Yoldaşlar, cənablar, bu gün məhz Şəhidlərimizə görə azad-asudə gəzib-dolanır, dinc-təhlükəsiz yaşayırsınız və ən azı bunlara görə Şəhidləri ruhlarına ehtiramla yanaşmaq, onların dərdli və yaralı valideynlərinin, ailə üzvlərinin problemlərinə diqqət ayırmaq, onları həll etmək birbaşa vəzifəniz, görəvinizdir. Zəhmət çəkib vəzifənizi, görəvinizi də yerinə yetirin, susmuş vicdanlarınızı oyadın, hərəkətə gətirin!

Read Previous

“Qarabağ”dan möhtəşəm qələbə: “NANT”I DARMADAĞIN ETDİ-3:0

Read Next

Ukraynaya 600 milyon dollarlıq yeni yardım paketi-ABŞ TƏRƏFİNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir