İkinci Vətən Müharibəsinin ilk Şəhidləri: ƏLİ VƏ İSLAM ƏHMƏDOVLAR, FARİZ QURBANOV, ELMAN HƏSƏNOV, RZA MƏMMƏDOV, KƏRİM YUSİFOV VƏ HİDİ VƏLİYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ, ŞƏHİD QARDAŞLARIN ADINA KÜÇƏ VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin (27 sentyabr 2020-ci il Şəhidlərinin) ikinci ildönümüdür.

İkinci Vətən Müharibəsinin ilk Şəhidlərinin Əbədiyyətə uğurlanmasından iki il keçir.

Mingəçevirli (əslən Goranboylu) Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Goranboyun Qızılhacılı qəsəbəsindən olan Elman Həsənovla Fariz Qurbanovun, Tap-Qaraqoyunlu kəndindən olan Hidi Vəliyevin, Fəxralı (Faxralı) kəndindən olan Kərim Yusifovun, Şamaxının Göylər kəndindən olan Rza Məmmədovun və onlarla digər Şəhidin bu gün Anım günləridir.

Etikxeber.az xəbər veriir ki, Şəhid qardaşlardan Əli İlqar oğlu Əhmədov 1993-cü il, İslam Əhmədov 1994-cü il, Fariz Məhəmməd oğlu Qurbanov 1998-ci il, Elman Mehman oğlu Həsənov 1993-cü il, Hidi Bəxtiyar oğlu Vəliyev 1996-cı il, Rza Əsgər (Xanbaba) oğlu Məmmədov 2001-ci il, Kərim Həsrət oğlu Yusifov isə 1995-ci il təvəllüdlüdür.

Əli və İslam Əhmədovlar, Elman Həsənov, Hidi Vəliyev, Kərim Yusifov və Fariz Qurbanov Azərbaycan Ordusunu hərbçiləri (MAXE), Rza Məmmədov isə cəmi 9 ayın Əsgəri olub.

Əli və İslam Əhmədovlar, Eman Həsənov, Fariz Qurbanov, Hidi Vəliyev və Kərim Yusifov Ağdərərə-Tərtər, Talış-Suqovuşan istiqamətlərində, Rza Məmmədov isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhid qardaşlar Mingəçevir şəhər Şəhidlər Xiyabanında, Rza Məmmədov Şamaxının Göylər kənd qəbiristanlığında, Goranboylu Kərim Yusifov Fəxralı kənd qəbiristanlığında, Fariz Qurbanov, Elman Həsənov və Hidi Vəliyev Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında, Şəhidlər Xiyabanında dəfn olunublar.

Hər biri Şəhidliklərindən sonra bir neçə medalla təltif edilib.

Əli Əhmədov nişanlı, İslam Əhmədov ali təhsilli, Elman Həsənov isə ailəli, iki övlad atası idi.

Rza Məmmədov, Fariz Qurbanov, Kərim Yusifov və Hidi Vəliyev subay olublar.

Əli və İslam Əhmədovlar atalarını, Elman Həsənov isə anasını illər öncə itirib.

Rza Məmmədov, Fariz Qurbanov və Elman Həsənov ailənin tək oğlu olublar.

Əli və İslam Əhmədovlar ailədə cəmi iki övlad, iki qardaş, Hidi Vəliyev ailənin 4 övladından, Kərim Yusifov isə evin 3 oğlan övladından biri olub.

***

Bu gün səhər saatlarında adları çəkilən Şəhidlərin ayrı-ayrılıqda məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar edilib.

Eyni zamanda, Goranboy (Qızılhacılı, Tap-Qaraqoyunlu vı Fəxralı) və Şamaxı (Göylər) rayonlarında, o cümlədən Mingəçevir şəhərində sözügedən Şəhidlərlə bağlı anım mərasimləri düzənlənib, adlarına ehsan süfrəsi açılıb.

Bir daha ruhlarına dualar oxunub, bir daha ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, çıxışlar edilib, 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərdən, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından danışılıb.

Qeyd edilib ki, Şəhidlər heç zaman unudulmayıblar və bundan sonra da unudulmayacaqlar.

Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Əliyev bir daha Şəhid ailələrinə başsağlığı verib, onlara səbr və dözüm arzulayıb.

İcra başçısı İkinci Vətən Müharibəsi zamanı Goranboyluların göstərdiyi İgidlik və Qəhrəmanlıqdan söz açıb.

Eyni zamanda, Şəhidlərin İkinci Vətən Müharibəsindəki, tarixi Qələbə və Zəfərimizdəki rolundan, xidmətlərindən bəhs edib.

***

Həmçinin, Mingəçevir şəhərində Şəhid qardaşlar-Əli və İslam Əhmədovların adları vaxtilə yaşadıqları küçəyə verilib və bununla bağlı qısa açılış mərasimi düzənlənib.

Ruhları şad, məkanları cənnətlik, məqamları Uca olsun!

Nur içində yatsınlar, Nur içində uyusunlar!

Allah ailələrinə səbr və dözüm versin!

12:40

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Qaşaltı-Qaraqoyunlu terraktının-erməni vəhşiliyinin qurbanları: QURBANOVLAR AİLƏSİNİN 5 ÜZVÜNÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir