123 YAP-çının hamısının-NAMİZƏDLİYİ QEYDƏ ALINDI – RƏSMİ

Milli Məclisə (MM) seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında (DSK) rəsmi qeydiyyata alınıblar. YAP parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb.

Etikxeber.az xəbər verir ki, bunu YAP Sədrinin müavini və icra katibi Əli Əhmədov deyib.

“Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm”-deyə, Ə.Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Şokdayam…” – AYDIN MİRZƏZADƏ YAZDI VƏ ÇAĞIRIŞ ETDİ

Read Next

“Artıq 50-dək dairədən sənədlərimizi DSK-lara təqdim etmişik” – “MÜSAVAT”DAN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir