Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri cərimələndi-DİGƏRİ HƏBS OLUNDU…

Dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri cərimələnib, digəri isə həbs edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib:

“Bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib”.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib(APA).

Etikxeber.az

Read Previous

Əliyev “Bakı KOB evi”nin-AÇILIŞINDA – FOTO

Read Next

“Ümid bizim ümidimiz idi…Hələ də elə bilirəm ki, Bakıdadır, qayıdıb gələcək…”-QANLI SENTYABR ŞƏHİDLƏRİNDƏN, ÇOX KASIB BİR AİLƏNİN ÖVLADI OLAN GORANBOYLU ÜMİD İMAMQULİYEVİN ANASI ŞƏHLA İMAMQULİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir