125 deputat yeri,125 deputatlığa namizəd – MSK AÇIQLADI

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 145 nəfəri müraciət edib.

Etikxeber.az məlumat  verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  adıçəkilən qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb:

“15 nəfər təşəbbüs qrupları tərəfindən, 1 673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

MSK sədri həmçinin bildirib ki, müraciət edənşəxslərin 1 954 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub.

“Onlardan  1 747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri imza vərəqini qaytarıb. 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

YAP-ın Gəncə-“DÖRDLÜYÜ” İMZA VƏRƏQƏLƏRİNİ TƏHVİL VERDİLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

Gənc şair-VALEH ƏLƏSGƏROVUN “DAİRƏSİ”NDƏN QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir