Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

125 saylı Zəngilan-Qubadlı seçki dairəsində deputatlığa namizədlərin bir hissəsi bir araya gəlib.
Etikxeber.az xəbər verir ki, namizəd Anar Əsədlinin seçki qərargahında toplaşan Afət Məhərrəmova, Faiq Kərimov, Emin Həsənov və Baxşəli Əliyev fevralın 9-da keçirilmiş seçkilərdə dairə üzrə total saxtakarlığın baş verdiyini vurğulayıblar.
Namizədlər qeydə alınan qanun pozuntularının dairə üzrə seçkinin ləğvinə əsas verdiyini bilidiriblər. Toplantıda iştirak edən namizədlər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçkinin nəticəsinin ləğv olunması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.
Müraciətdə deyilir:
“Biz 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 09 fevral 2020-ci il Milli Məclisə keçirilən seçkilərdə namizəd kimi iştirak etmişik. İctimaiyyətə bildiririk ki, seçki günü namizədlər olaraq, bir çox hüquq pozuntusu ilə qarşılaşmışıq. Qarşıladığımız bütün pozuntuları müşahidəçilərimiz, səlahiyyətli nümayəndələrimiz, vəkil edilmiş şəxslər vasitəsilə aktlaşdırılmış, video və fotolaşdırılmışdır. İctimaiyyətə bildiririk ki, seçki günü Azərbaycan Respublikasının Seçki Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Xüsusilə 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyası pozuntularla bağlı düzgün araşdırma aparmamış, bütün namizədlərə eyni məzmunlu qanunsuz qərarlar tərtib edərək, təqdim etmişdir. Bildiririk ki, 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyası göstərdiyimiz hüquq pozuntuları ilə bağlı ədalətli araşdırma aparmayaraq, Seçki Məcəlləsini və Konstitusiyanı kobud şəkildə pozmuşdur.Biz namizədlər olaraq, Mərkəzi Seçki Komissiyasından xahiş edirik ki, hüquq pozuntularını obyektiv və ədalətli araşdıraraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəticələrinin ləğv etməklə, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxslər barəsində ölçü götürülməsini təmin etsin”.
Etikxeber.az