Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçən, “İsa bulağı”na Azərbaycan bayrağını sancan-ƏSLƏN XOCALILI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ ELVİN CAVADOV…-FOTOLAR

Cəmi saatlar öncə, 6 mart tarixində daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir Vətən sevdalısı ilə tanış oldum…

Daha bir İkinci Vətən Müharibəsi Qazisi ilə bir araya gəldim…

Əslən Xocalıdan olan, özü isə Bərdədə dünyaya gələn Elvin Rasim oğlu Cavadovla…

2000-ci ilin 31 avqust tarixində anadan olan 23 yaşlı Elvinlə işlədiyi məkanda, Bərdə Müalicə Diaqnostika Mərkəzində tanış oldum…

Adıçəkilən Mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşlarından biridir…

Çox tərbiyəli, çox mədəni, olduqca sadə və təvazökar bir oğlandır Elvin Cavadov

Onunla tanışlığımızdan da çox məmnun və razı qaldım…

Elvin Azərbaycan Ordusunun Əsgəri kimi 20 yaşında Vətəninin, doğma Qarabağının murdar erməni tapdağından, işğaldan azad edilməsində, İkinci Vətən Müharibəsində iştirak edib…

Özü də müharibənin ilk günündən son gününəcən…

Füzülidən, Cəbrayıldan, Xocavənddən düz Şuşayacan şərəfli döyüş yolu keçib…

Həm də noyabrın 8-də-Şuşa şəhəri azad olunan gün Şuşada İsa bulağına müqəddəs üçrəngli Azərbycan bayrağını sancan məhz Elvin olub…

İkinci Vətən Müharibəsindən, tarixi Qələbəmizdən sonra isə “Xocavəndin azad olunmasına görə”“Vətən Müharibəsi iştirakçısı” medalları ilə təktif olunub…

Ancaq uzun və şərəfli döyüş yolu keçən, ölümlərdən dönən Vətən sevdalısı Elvin daha çox medal Haqq edir…

Çünki qeyd etdiyimiz kimi bir neçə rayonun, o cümlədən tarixi Şuşa şəhərinin azad olunmasında iştirak edib…

Ona görə yaxşı olardı ki, Elvin Cavadov Haqq etdiyi digər medallara da təqdim edilsin və Haqqı olan digər medallarla da təltif olunsun…

Və inanırıq, əminik ki, belə də olacaq, Elvin Cavadov Haqq etdiyi medallarla təltif olunacaq!

Allah qorusun, Vətən sevdalısı Elvin Cavadovu!

Böyük Yaradan hər daim Yar və Yardımçısı olsun!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Oğlumla Şəhidliyindən cəmi saatlar öncə danışmşıdım…”-NOYABRIN 9-DA ŞUŞA ŞƏHƏRİNDƏ ŞƏHİDLİK MƏQAMINA UCALAN BAXIŞ İLQAR OĞLU RƏHİMLİNİN ATASI – FOTOLAR – YENİLƏNİB

Read Next

Obamanın prezidentliyə namizədliyi-İRƏLİ SÜRÜLƏ BİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir