Qaçay Dursunəli oğlu Abdullayev…
13 ilin peşəkar hərbçisi, Gizir, 2016-cı il Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı…
İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız, Qazimiz…
Qaçay Abdullayev Şəki şəhərinin Göynük kəndindəndir…
1989-cu ilin fevral ayının 12-də sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından biri, iki bacının tək qardaşıdır…
Orta məktəbi bitirdikdən sonra 2007-2009-cu illərdə Qazax istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
Və elə o vaxtdan həyatını Ordu, hərb ilə bağlayıb…
Gizirlik kursunda oxuyub, Gizir kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib…
2016-cı ilin Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı olub…
İkinci Qarabağ Savaşı zamanı 9 gün şərəfli döyüş yolu keçib…
Və oktyabr ayının 5-də Suqovuşan istiqamətində hər iki, xüsusilə, sağ ayağından ağır yaralanıb…
Günlərlə ağır müalicə-müayindən keçib, əməliyyat olunub…
Və 2021-ci ildə səhhəti ilə bağlı Ordudan təxris olunub, 3-cü qrup (ömürlük) əlillik dərəcəsi alıb…
İkinci Vətən Müharibəsindən əvvəl “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, İkinci Qarabağ Savaşından sonra isə “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qaçay həm də ailəlidir…
Üç gözəl övlad-iki qız və bir oğul atasıdır…
Böyük qızı-Aylin 2013-cü ilin, tək oğlu Aqşin 2017-ci ilin iyul ayının 13-də, balaca qızı-Mədinə isə bu ilin yanvarında dünyaya gəlib…
***
Qaçayla 11 sentyabr 2023-cü il tarixində “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Şəki şəhərində Qazilərlə bağlı təşkil etdiyi tədbirdə tanış oldum…
Onunla söhbətləşdim, hal-əhvallaşdım…
Olduqca mədəni, təvazökar, Vətənsevər bir Azərbaycan övladıdır…
Onunla tanışlıqdan da çox məmnun və razı qaldım…
Çox təəssüflər olsun ki, iki ildən çoxdur 3 övlad atası olan Qaçay işsizdir…
Hələ də səhhəti işləməsinə imkan verə biləcək bir işlə təmin olunmayıb…
Müraciətlərinə də soyuq yanaşılıb, heç bir köməklik göstərilməyib…
Vətən yolunda sağlamlığını qurban vermiş bir Qazi kimi Qaçay Abdullayev bu münasibəti heç cür Haqq etmir…
Və nəhayət, ona Haqq etdiyi münasibət göstərilməli, problemləri həll olunmalıdır!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az