13 ilin peşəkar hərbçisi, iki övladı Vətənə əmanət qalan-3 MEDALLI VÜSAL NAĞIYEVİN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇİR…

Bu gün Azərbaycanın, Qəhrəman Goranboyun Qəhrəman oğullarından, Qəhrəmanlıq dastanı yazan İgidlərindən olan 13 ilin peşəkar hərbçisi- Buzluqlu (Baş Qışlaqlı) Vüsal Əmirastan oğlu Nağıyevin Vətən torpaqları uğrunda canını fəda etdiyi, İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucaldığı gündür…

Düz bir il keçir onun Şəhidliyindən…

Düz bir il keçir Onun cismən yoxluğundan…

Düz bir il keçir Vüsalsızlıqdan…

Vüsal İkinci Vətən Müharibəsinin ilk günündən, 27 sentyabr tarixindən müharibənin başa çatmasına cəmi 11 gün qalmışa, oktyabrın 30-na kimi, yəni, 33 gün ərzində döyüşlərdə olub, Kəlbəcər-Murov, Suqovuşan-Ağdərə istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Və oktyabrın 30-da qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Kəndləri-Buzluq da cəbhə xəttinə yaxın olduğu üçün nəşi Goranboyun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb-2021-ci ilin oktyabrın 31-də…

Vətənə iki oğul övladı əmanət qalıb…

Ölümündən sonra 3 medalla təltif olunub…

Əslində isə Vətən Müharibəsi Qəhrəmanlığına layiqdir və inanmaq istəyirəm, istəyirik ki, layiq olduğunu, Haqqını da alacaq!

***

Və cəmi saatlar sonra, sabah, 31 oktyabr tarixində də torpağa tapşırıldığı gündür, Anım Günüdür…

Və çox üzgünəm, çox üzüntülüyəm, çox kədərliyəm, çox hüznlüyüm…

Hislərimi ifadə etməkdə də çox çətinlik çəkirəm…

Çünki belə bir gündə, Anım Günündə Şəhidin atası, Birinci Qarabağ Savaşının gerçək Qəhrəmanlarından olan və rəhmətlik atamın dostu Əmirastan kişi, Əmirastan dayı ailəsinin yanında deyil…

Çox-çox təəssüf…

Sabah tezdən gedib Şəhidimizin, Vüsalımızın məzarını ziyarət edəcəyəm, ruhuna dualar edəcəyəm və sonra Kürdəmirə, oradan da Bakıya dönəcəyəm…

Məkanın cənnətlik olsun, Vüsal Nağıyev, Nur içində yat!

Allah ailənə, valideynlərinə-iki oğul acısı yaşayan, dərdli, yaralı Cəmilə xanıma, Əmirastan dayıya səbr və dözüm versin!

Ruhun qarşısında, ailən, övladların qarşısında baş əyirəm!

Daim qəlbimdən, qəlbimizdəsən!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qubalı İkinci Vətən Müharibəsi Şəhidi-MİQDAD ABDULƏLİMOVUN MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ İZDİHAMLI ANIM MƏRASİMİ…- FOTOSESSİYA – YENİLƏNİB – (5)

Read Next

Özünü polis kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs saxlanıldı-LƏNKƏRANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir