Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb-MN

Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”, – MN-in məlumatında deyilir.

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA…

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Azerbaijan”-SƏRGİLƏRİNDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir