Bugünlərdə qardaş və dost Türkiyədə möhtəşəm bir konsert proqramı düzənlənib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Cemal Reşid Rey konsert salonunda baş tutan konsert proqramı “Nəsimi Divanı” adı ilə təqdim olunub.
Konsert proqramında Azərbaycanın tanınmış sənətçilərindən olan xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova və əslən Türkiyədən olan tarzən, bəstəkar, Milli Konservatoriyanın müəllimi Nevcivan bəy iştirak edib, iştirakçıları rövnəqləndirib, feyziyab ediblər öz əsrarəngiz ifaları ilə.
Qeyd edək ki, konsert proqramında Türkiyəli sənətçinin-Nevcivan bəyin Nəsiminin 10 qəzəlinə bəstələdiyi mahnısı ifa edilib, 8-i Nuriyyə xanım, 2-si isə Nevcivan bəyin özü tərəfindən.
Etikxeber.az-a bu barədə danışan Nuriyyə Hüseynovanın dediyinə görə, konsert proqramı çox yaxşı və gözəl keçib.
“Qeyd edim ki, Nəsiminin qəzəlləri Türkiyə türkcəsinə çevrilmişdi və bu baxımdan, qəzəllər də Türkiyə türkcəsində ifa olundu bizim tərəfimizdən. Məqsədimiz Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələrinin daha da yaxşı olması idi. Şükürlər olsun ki, artıq bütün sahələrdə-siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr gündən-günə daha da gözəl olur. Buna da hər birimiz ürəkdən və çox sevinirik. Öz üzərimə düşən bir pay isə budur ki, mədəni əlaqələrimiz daha da, durmadan genişlənsin, onların əsl-klassik sənətlə məşğul olan ifaçıları Bakıya, Azərbaycanımıza gəlsin, bizlər də həmçinin qardaş Türkiyəyə gedək-gələk, təbii ki, gedirik və gəlirik. Bir daha qeyd edirəm ki, məqsəd mədəniyyətimizi daha da geniş şəkildə təmsil etmək və tanıtdırmaqdır”-deyə, N. Hüseynova sözlərinə əlavə edib.
FOTOLAR:










https://www.facebook.com/nuriyye.huseynova/videos/1434190957430855
Etikxeber.az